Xətainin ağacqıran icra başçısı imicini korlayıb...
30-07-2016, 12:28
Oxunub: 2 896
Sənə nəfəs verən yaşıl təbiətə qənim kəsilməyin başqa bir adı olurmu
Ətraf mühitin qorunması dövlətimizin apardığı ekoloji təhlükəsizlik siyasətinin tərkib hissəsidir. Bu siyasətə dəstək vermək hamının xüsusilə dövlət məmurlarının əsas vəzifə borcudur. Çünki, yaşıllıqlar təmiz hava, sağlamlıq deməkdir. Son bir neçə ildə ekologiya sahəsində bizim ölkədə mühüm irəliləyişlər əldə edilib. Bunlar əlbəttə, dövlət başçısının birbaşa rəhbərliyi altında həyata keçirilən dövlət proqramının ilkin nailiyyətləridir. Bu sahədə aparılan işlərin miqyası günbəgün günişlənir. Lakin bununla yanaşı dövlət məmurlarının əli ilə paytaxtımızın ayrı-ayrı rayonlarında yaşıllıqlara divan tutulması kütləvi ağac qırğınlarının verə biləcəyi nəticələri dərk etməyən səlahiyyət sahiblərinin boynuna yazılmalıdır. Xətai rayonunda dəhşətli ağacqırmalara rəvac vermiş icra başçısı Razim Məmmədovun əməllərinə də məhz bu prizmadan yanaşmaq lazımdır. Bu fonda məmur psixologiyasının təxmini mənzərəsini göz önündə canlandırmaq bir o qədər çətin deyil. Çox zaman rəhbər kabinetlərində əzazildən humanizm, saxtakardan ədalət, yalançıdan həqiqət gözləyirik. Olur ki, səlahiyyət sahibi şəxsi marağının tələsinə düşüb, gözü ayağının altını qətiyyən görmür. Bu da bir yana, özünü rəhbər kimi yox, qəssab kimi aparır belələri. Dövlət tərəfindən tapşırılmış vəzifəni yerinə yetirmək məsuliyyətini axıradək anlamayana səlahiyyət verildikdə, yarıtmaz məmur hikkəsi, mənəm-mənəmlik kimi xoşagəlməz xarakter göstəriciləri ilə üzləşirsən. Bütün bunlara dözmək olar. Lakin ictimai və dövlət əhəmiyyətli elə məsələlər var ki, onların həlli birbaşa dövlətin özünün imici ilə əlaqədardır. Bu baxımdan, yuxarıda qeyd etdiyimiz kimi, ekoloji siyasətə məmur dəstəyi mühüm və önəmlidir. Bu dəstəyi sözdə verənlərin əməlində qanunsuzluqlar az deyil. Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da belələrindəndi. Amma deyilənə görə, bir az müasirləşib. Özünü dağlar övladı adlandıran insan təbiətən, meşələrin, ormanların vurğunu olmalıdır. Daha yaşıllıqlara xəyanət lə niyə gündəmə gəlir? Bu xəyanətin də məğzini buyurun, özünüz açın, əziz oxucular, Bunun üçün Xətai rayonu ərazisindəki ağacqırmaların miqyasını müəyyənləşdirmək kifayət edər. Çünki, icra başçısının qol qoyduğu əməllərin nəticəsidir bu.Necə deyərlər, sənə nəfəs verən yaşıl təbiətə qənim kəsilməyin başqa bir adı olurmu?gundelik-baku.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər