BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev yol tikintisinə 3 milyon manat ayırdı

İlham Əliyev yol tikintisinə 3 milyon manat ayırdı

2-08-2016, 21:22
Oxunub: 2 624 İlham Əliyev yol tikintisinə 3 milyon manat ayırdıAzərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Bolgexeber.com xəbər verir ki, 62 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.