BolgeXeber.Com » Xəbərlər » Qasımov qardaşlarının “Sirena Motors” oyunu - İTTİHAM VAR

Qasımov qardaşlarının “Sirena Motors” oyunu - İTTİHAM VAR

3-08-2016, 10:19
Oxunub: 5 283  Qasımov qardaşlarının “Sirena Motors” oyunu - İTTİHAM VAR Manatın dollara nisbətən kəskin düşməsi ölkənin bütün sferalarında aşkar şəkildə hiss olunmağa başladı

Nəticədə ölkənin ən iri bankları belə ya bağlandı ya da məcburiyyət qarşısında birləşməli oldu.
Amma bu mərhələdə qazanan tərəflər də oldu ki, onlar əsasən yeni avtomobillər satan şirkətlər hesab olunur. Ekspertlər deyir ki, dolların qalxmasını əsas gətirən şitkətlər öncədən gətidriyi avtomobillərin qiymətini qaldırmaqla kifayətlənməyib dolu anbarlarında olan ehtiyyat hissələrinin belə qiymətini qaldırdılar. Bu tendensiyahələ də davam etməkdədir.
Ölkənin maşın bazarında o qədər də nifuz qazanan bilməyən, keyfiyyətsiz Çin istehsalı olan maşınlarını yalançı reklamlarla insanlara sırıyan “Sirena Motors” şirkəti…
“Sirena Motors” 2013 ci ilin sentyabr ayında yaradılıb. Yaranan gündən müştərilərinə keyfiyyərsiz xidmət göstərən şirkətin başında Milli Məclisin deputatı, ölkənin un sektorunu monopoliyada saxlamağa çalışan Əsabil Qasımovun qardaşı Vüqar Qasımov dayanır.
Qeyd edək ki, Vüqar Qasımovun adı mətbuatdan hamıya bəllidir. O həm də, ciddi qalmaqallarda hallanan iri tutumlu avtomobillərin satışı ilə məşgul olur. Ona məxsus olan şirkət iri tutumlu avtomobil alıcılarını intihat həddinə çatdırıb. Bu barədə dəfələrlə yazılıb və deyilib. Hələki ona qaşın üstə gözün var deyən yoxdur…
“Sirena Motors”-un özünün gözəgörünməz və vətəndaşları bezdirən qaydaları var. Lizinqlə satılan maşınlara qanundankənar qaydalar tətbiq edilir. Avtomobil almaq istəyən vətəndaşa şirnikləşdirici təkliflər olunur və avtomobil ona açıq şəkildə sırınır.
Bundan başqa, avtomobili alarkən ehtiyyat hissələrinə qaranti verilir, sığortalanır. Ki, sabah hər hansısa problem olarsa guya bu şirkət tərəfindən ödənilsin. Əslində isə vəziyyət tamam başqadır.
Belə ki, olduqca zibilli və nəzarətsiz serviz xidməti göstərilir. Hər tərəf zibil və yagla doludur. Avtomobilini servisə verib dayanmağa bir təmiz yer belə tapılmır. Ayaq qoymağa yer tapılmayan servisdə ehtiyyat hissələri ikiqat baha qiymətə satılır. Məsələn, Azərbaycan ən bahalı avtomobilin əyləc sıxacları (NAKLATKA) 90 manatdan baha deyilsə, bu sirkətdə olduqca keyfiyyətrsiz “naklatka” 110 manata satılır. Adi bir lampanın qiyməti 5 manatadır. Bundan başqa motor hissəsinə verilən zəmanət də yalançıdır. Hazırda onlarla maşın motorunda yaranan problemlər üzündən servisdə dayanır. Həmçinin hər hansı bir ehtiyyat hissəsinin sifarişi aylarla müddətdən sonra ya gəlir, ya da gəlmir. Bütün ehtiyyat hissələrini vətəndaşa aldıran şirkət heç bir müştərisinin qeydinə qalmır.
Bundan başqa şirkətin özünün sığorta şirkəti – “Qarant Sıgorta” var ki, bu da ancaq onların özünə xidmət edir. Aldığın avtomobil lizinqdədir deyib müştərini şirkətə gəlməyə və orada süründürməçiliyə vadar edirlər. İldə bir dəfə avtomobilin icbarı sığortalanır ki, bunun da böyük əmması var. Yenə dəlizinqdir deyib öz şirkətlərində 150 manata sığortalayırlar. Hansı ki, bu başqa sığorta şirkətlərində 70-80 manatdan baha deyil.
Ən qəribə hal budur ki, haqqını tələb etdikdə avtomobili əlindən alıb vətəndaşa çox az miqdarda pul təklif edirlər. Şirkətin sahibi Vüqar Qasımovun yaxın adamları qiyməti o qədər aşağı salır ki, müştəri sadəcə maşını onlara verib getməklə kifayətlənir…
Bu planı asanlıqla həyata keçirmək üçün müştəriyə bir aylıq etibarnamə verirlər. Təsəvvür edin ki, maşının əsas məbləğini ödəyən müştəriyə belə təzyiq edib avtomobili əlindən alırlar. Şirkətin zibilxanaya dönən servisinin həyətində maşın əlindən tərpənmək mümkün deyil. Alıcıları elə bir vəziyyətə salırlar ki, hamı illər uzunu aldığı maşına görə ödədiyi 10 min manatlarından keçib maşını şirkətin qapısına qoyub getməyə məçbur olurlar.
Daha ciddi faktlar barədə yaxın günlərdə oxuculara geniş məlumat verəcəyik.
Şirkətin Azərbaycana gətirdiyi avtomobillər və ehtiyyat hissələri gömrükdən hansı qaydalarla keçirilir?
Deputat Əsabil Qasımovun gömrükdəki hansıl generalla hansı formalı razılaşması var?
“Sirena motors” şirkəti hər avtomobildən nə qədər pul qazanır?
Şirkət Bakıya gətirdiyi ehtiyyat hissələri nə qədər orjinaldı? Onları Çində hansı şirkətlərdən alırlar?
Şirkətin vergi sistemi neçə qurulub? “Sirena Motors” niyə hər avtomobilə görə qazandığı pulun vergisini deyil bütövləşdirilmiş şəkildə “vergi” verir?
“Sirena Motors”un keçmiş MTN şefi Eldar Mahmudovla hansı bağlılığı olub?
Bütün bunlar barədə yaxın günlərdə oxuya bilərsiniz…