“Qismət belədir, barışmalıyıq” - Qurbanov məğlubiyyətdən danışdı
3-08-2016, 10:51
Oxunub: 3 608
“Qarabağ” ÇL-nın III təsnifat mərhələsində “Viktoriya” Plzenlə 1:1 hesablı heç-heçə edib
Bu nəticədən sonra Çexiya klubu turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz “Qarabağ” isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
“Qafqazinfo” xəbər verir ki, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Çətin olacağını bilirdik. Futbolçularıma təşəkkür edirəm. Bəzən futbolda istəmədiyimiz nəticələr də olur. İstədiyimiz qolu vurduq. Amma hesabı qoruya bilmədik. Rəqibi təbrik edirəm. Diqqətimizi çempionata və Avropa Liqasına yönəltməliyik.
- Sizcə, son iki əvəzetmə artıq deyildi?
- Futbolçuların üzərinə böyük yük düşürdü. Rəqib getdikcə təzyiqi artırırdı. “Viktoriya” meydana 3 hücumçu buraxdı. Əvəzləmələrin oyuna mənfi şəkildə təsiri olmadı. Oyunun gedişatı bunu tələb edirdi.
- Avropa Liqasına köklənə biləcəyikmi?
- Futbol elə bir oyundur ki, istənilən hesaba hazır olmalısan. Hamımız bu oyunu yaddan çıxarmağa çalışacağıq. Təzyiqdən çıxmalıyıq. Artıq məğlub olmuşuq. Artıq daha da çox çalışmalıyıq.
- “İnter”lə oyunda daha çox zərbə almışdız, yoxsa bu oyunda?
- Dediyim kimi, futboldur. Nəticələrə hazır olmalıyıq. Ümidimizi itirməməliyik. Qismətimizdə yoxdursa, barışmalıyıq. Ən azından oyunumuzdan azarkeşlər həzz aldı. Nə “İnter”i, nə də bu oyunu həmişə fikirləşməməliyik.
- Artıq ikinci dəfə bəxt sizdən üz döndərdi. Qismətdir, yoxsa bəxt sizdən üz döndərib?
- Qismətimizdə belədir. Barışmalıyıq. Belə bir turnirdə sona qədər mübarizə aparmaq istəyirik.
- Reynaldo ötürmə verməyi xoşlamır. Niyə öyrənə bilmir? Sizcə, Reynaldo niyə belə edir?
- Öyrənməmək düz çıxmır. Biz futbolçulardan lazım olanları tələb edirik. Reynaldonun hücumçu olduğunu nəzərə almaq lazımdır.
- Bu gün çempionatın zəifliyi belə oyunlarda öz təsirni göstərir?
- Çexiya çempionatı bizim Liqadan daha güclüdür. Amma biz rəqibdən zəif oynamadıq. Əlbəttə çempionat güclü olsa, futbolçu da inkişaf edər.
- Elvin Yunuszadə meydana daxil oldu və rəqib qol vurdu. Sizcə bu olmasaydı, hesab 1:0 bitərdi?
- Oyunu udsaydıq, başqa fikirlər olacaqdı. Oyunun gedişatına görə, əvəzetmələr etdik. Rəqib 1 qol şansı yaratdı və istifadə etdi.
- İlk oyunda hücum futbolu oynasaydınız, olmazdı?
- Səfər oyunu çətin olur. Ev oyunu isə nisbətən rahat olur. Futbolçular azarkeşləri önündə daha rahat olur. Səfərdə daha diqqətli oynadıq və müdafiəyə fikir verdik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər