1,5 mm həşərat 14 yaşlı qızı öldürdü - ŞAMAXIDA DƏHŞƏTLİ OLAY
3-08-2016, 16:09
Oxunub: 2 324
Şamaxı rayonunda 14 yaşlı qızın hansı həşəratın sancması nəticəsində öldüyü məlum olub
Lent.az-ın əldə etdiyi məlumata görə, Quşçu kənd sakini olan 2002-ci il təvəllüdlü Ruqiyyə Adıgözəlovanı avqustun 1-də yaşadığı evdə qara qurd sancıb. Yaxınları onu əvvəlcə Şamaxı rayon Xəstəxanasına aparsalar da, vəziyyəti pisləşdiyindən Bakıdakı 1 saylı şəhər klinik xəstəxanasına gətiriblər. Lakin artıq gec olub. 14 yaşlı Ruqiyyə güclü zəhərlənmənin yaratdığı ürək və tənəffüs çatışmazlığından vəfat edib.
Qeyd edək ki, mütəxəssislər bildirir ki, qara qurd adlanan hörümçəklər ölkəmizdə son 10 ildə yayılmağa başlayıb və Azərbaycana Orta Asiyadan gəlib. Onların zəhəri gürzəninkindən də bir neçə dəfə güclüdür. Hörümçək o qədər balacadır ki, heç bəzən onun sancdığını da hiss etmək olmur. Bu həşəratın zəhəri neyrotoksiki olduğundan, həmin nahiyədə şiddətli ağrılar başlayır. Hətta narkotik maddələr belə, o ağrıları keyləşdirə bilmir. Bu hörümçək 1,5 mm ölçüdə olur və belində 4 qırmızı nöqtə var.
**
Şamaxı rayonunda həşərat sancan 14 yaşlı qız ölüb.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Şamaxı rayonunun Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 14 yaşlı Ruqiyyə Adıgözəlovanı evlərində zəhərli həşərat sancıb. Xəstəxanaya yerləşdirilən R.Adıgözəlova orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes