BolgeXeber.Com » Xəbərlər » “AGBank”dan haqqında səslənən fikirlərlə bağlı reaksiya

“AGBank”dan haqqında səslənən fikirlərlə bağlı reaksiya

8-08-2016, 18:46
Oxunub: 2 187 “AGBank”dan haqqında səslənən fikirlərlə bağlı reaksiya"“AGBank” saytda gedən yazıya müasibət bildirib

Bolgexeber.com bildirir ki,4 avqust, 2016-cı il tarixində Bolgexeber.com -da Publika.az-a istinadən “Bankların 500 avro rəzaləti...” adlı yazı dərc olunub.Yazıda səslənən fikirlərlə bağlı AGBank ASC-nin Mətbuat Xidmətindən münasibət bildirilib.Həmin cavabı olduğu kimi təqdim edirik:

"Hörmətli redaktor, 4 avqust, 2016-cı il tarixində portalınızda “Bankların 500 avro rəzaləti...” başlıqlı məqalə yerləşdirilib. “AGBank “ ASC olaraq məqalədə bizı qarşı yönələn ittihamlarla razılaşmırıq və belə bir məzmunda məqalənin dərc olunmasından təəssüflənirik. Təəssüf hissi ilə bildiririk ki, bu tip məqalənin saytınızda yer alması bankımızın işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyır. AGBank hər zaman öz fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə qurub və bu gün də uğurla davam etdirir. Müştərinin saytınıza ünvanladığı şikayətlə bağlı qeyd etmək istərdik ki, AR ərazisindən nağd valyutanın köçürülməsi və göndərilməsi “Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu” və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat” vasitəsi ilə tənzimlənir. AR ərazisində fəaliyyət göstərən hər bir kommersiya bankı valyuta sərvətlərinin AR ərazisindən bank hesabları vasitəsi ilə köçürmələri xüsusi tariflərə əsasən həyata keçirir “AGBank” ASC-də müştərilərə bank hesabları açılan zaman hərbir müştəriyə bank müqavilə təqdim edilir. Tətbiq olunan komissiyalar tərəflər arasında imzalanmış müqavilə əsasında tənzimlənir. Buna əsaslanaraq Bank valyuta sərvətlərinin köçürülməsi üzrə 0.5% əmsalında komissiya təyin edib. Bundan başqa öz fəaliyyətini Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qurmuş AGBank tərəfindən müvafiq normativ hüquqi aktların tələblərinə riayət edilir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin şirkətimizdə mövcud olan prosedura və təlimatlara əsasən AGBank-a hər hansı müraciət daxil olduqda lazımı araşdırmalar aparıldıqdan sonra yoxlanılmış konkret məsələyə dair ətraflı izahlar, cavablar müvafiq müddət ərzində müştəriyə təqdim olunur.

Nəzərinizə çatdıraq ki, “AGBank” ASC Azərbaycanın aparıcı banklarından biri olaraq, ölkənin bank sektorunda öz mövqelərini möhkəmləndirməkdədir. “AGBank” ASC-nin apardığı fəaliyyətinin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorlarının maliyyələşdirmək, korporativ idarə etmə sistemlərini təkmilləşdirmək, müştərilərə peşəkar xidmət göstərilməsi sistemini yaratmaqdır.

Hesab edirik ki, məqaləni dərc etməmişdən öncə mətbu orqan məsələni diqqətlə araşdırmalı, tərəflərin mövqeyini hərtərəfli diqqətlə öyrənməlidir. Bütün bu göstərilənləri nəzərə alaraq, yuxarıda qeyd edilənləri AGBank-ın mövqeyi kimi qəbul edib, onu olduğu kim yerləşdirməyi xahiş edirik".

Hörmətlə,
AGBank ASC
Mətbuat Xidməti
08.08.2016