BolgeXeber.Com » Xəbərlər » Bakcell jurnalistin 215 manat 35 qəpiyini oğurlayıb?-İTTİHAM

Bakcell jurnalistin 215 manat 35 qəpiyini oğurlayıb?-İTTİHAM

9-08-2016, 09:53
Oxunub: 1 880 Bakcell jurnalistin 215 manat 35 qəpiyini oğurlayıb?-İTTİHAM“Bakcell” mobil operatorundan şikayətlər səngimək bilmir

Abunəçilər kütləvi şəkildə narazılıq edirlər. Reportyor.org saytının baş redaktoru Arifə Əliyeva bildirir ki, iki il imiş Bakcell mənim balansından 59 qəpik cıxırmış:
"Bunu indiyə qədər bilməməyimin səbəbi isə Bakcell internet xidmətinin mobil telefon vasitəsi ilə çox isdifadə etməyim olub .Son bir ayda demək olar ki, artıq watsapp xidmətini bağladım. Hər gün balansıma kontur vururdum və tez bitirməsinin şahidi olurdum. Maraqlısı da budur ki, balansdan hesabın silinməsi sakit tərzdə baş verir.Yəni oğurluq xəlvəti sistemlə əvəzlənir.Üz tutdum Bakcellin Şamaxinka ərzisindəki filialına .Bakcellin əməkdaşı qeyd etdi ki, siz mobil tefondan 6555 sms göndər xidməti dayandır .Qeyd etdim ki, mən heç bir xidməti aktiv etməmişəm. Cavabında isə əməkdaş sakit üzümə tamaşa edirdi. Evə gəlib adı çəkilən prosesi etdim lakin sms gəldi ki, sizdə bu xidmətə abunəliyiniz yoxdur. Yenidən bir neçə dəfə kontur yüklədim oğurluq davam edirdi.Yenidən üz tutdum eyni filiala dedim bu nə demək biri mənə bunun nə olduğunu desin bu dəfə də qeyd etdilər ki, siz 6552 xidmətinə qoşulmusunuz. Bunu kim edib deyəndə səsimi ucaltmışdım ki, Bakcellin səlahiyyətli nümayəndəsi məsələyə aydınlıq gətirmək üçün məni öz dili ilə desək sakitləşdirməyə çalışırdı.Onun bu ittiham və sensasion xəbərini sizə də çatdırıram: "Bilirsiz xanım Rabitə və Yuksək Texnalogiya Nazirliyi müxtəlif aparatlar gətirərək millətin cibinə girir siz hərdəfə Milli on Aparat vasitəsilə ödəniş edəndə avtomatik o proqram aktiv olunur".Hətta mətbuat işcisi olduğumu bilib qeyd etdi ki, nə düşmüsüz bizim üstümüzə günah onlarındı ,niyə onların bu əməllərini yazmırsız?
Bu ittiiham cox ciddi bir məsələdi, burdan üzümü tuturam hər iki quruma iki ildə gündəlik oğurladığınız 59 qəpiyimi mənə qaytarın . Bu qədər insafsızlıq olmaz xalqa qənim kəsilib onların haqqını pulunu yeyirsiz....."