BolgeXeber.Com » Xəbərlər » Neftçala Elektrik Şəbəkəsinin müdiri narazılıq yaradır - “Şam al, yandırıb yaşasınlar”
Neftçala Elektrik Şəbəkəsinin müdiri narazılıq yaradır - “Şam al, yandırıb yaşasınlar”
9-08-2016, 10:40
Oxunub: 2 828
Neftçalada heyvandarlıqla məşğul olan sahibkar Rafiq Həsənov rayon Elektrik Şəbəkəsinin müdüri Vurğun Şirəliyevdən prezident İlham Əliyevə şikayət edib
Şikayətçinin verdiyi məlumata görə, Vurğun Şirəliyev ondan heyvandarlıqla məşğul olduğu sahədə yerləşən evinə işığın verilməsi qarşılığında 20 min manat pul tələb edir.
Rafiq Həsənov Vurğun Şirəliyevə orada iki ailənin yaşadığını, 20 min manatının olmadığını bildirərək, elektrik xəttinin çəkilməsini xahiş edib. Elektrik Şəbəkəsinin müdiri isə ona belə cavab verib: “Şam al, yandırıb yaşasınlar”.
Hətta sahibkar “Azərişıq”a müraciət edərək, işığın çəkilməsi üçün lazım olan bütün sənədləri alıb. Lakin Vurğun Şirəliyev heç bir qanuna məhəl qoymadan vətəndaşdan 20 min manat rüşvət tələb edir.
“Vurğun Şirəliyevə dedim ki, prezident İlham Əliyev daim çıxışlarında ölkədəki dinamik uğurların əldə olunmasında sahibkarların, iş adamlarının da böyük rolu olduğunu vurğulayır. Dövlət başçısı bildirir ki, kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə getməli, onların işinə süni müdaxilələr olmamalıdır. Ona bildirdim ki, barəsində ölkə başçısına şikayət edəcəm. Lakin Vurğun Şirəliyev dedi ki, “bu mənlik deyil, rəhbərlik belə göstəriş verib, gedib kimə istəyirsiniz şikayət edin” deyə Rafiq Həsənov vurğulayıb. /Qaynarinfo.Az/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər