BolgeXeber.Com » Xəbərlər » Dərmanların qiyməti dəyişdi, bəs keyfiyyəti?

Dərmanların qiyməti dəyişdi, bəs keyfiyyəti?

9-08-2016, 10:54
Oxunub: 1 815 Dərmanların qiyməti dəyişdi, bəs keyfiyyəti?Eyyub Hüseynov: «Xüsusilə, şəkər və qan təzyiqi dərmanlarının təsirsiz olduğundan şikayətlər var»

Tarif Şurası 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətini təsdiqləyib. Bunlardan 7347 dərman təsdiqlənmiş qiymətlərlə satışdadır, 2503 dərman isə yeni qiymətləri isə sentyabr ayının 1-dən qüvvəyə minəcək. Dərmanların qiyməti dəyişsə də, onların keyfiyyəti barədə açıqlama verilmir.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov rəhbərlik etdiyi təşkilata dərmanların qiymət və keyfiyyətilə əlaqədar çoxsaylı müraciətlərin olduğunu söyləyir. AIB sədri istehlakçıların dərmanların təsirinin olmamasından narazı qaldıqlarını deyir: “Xüsusilə də şəkər və qan təzyiqi dərmanlarının təsirsiz olduğundan şikayətlər var. Istehlakçıların əksəriyyəti ”Eksfors” adlı dərmandan narazıdırlar. Əvvəllər bir qutunun içində 28 ədəd olurdu ki, onun da qiyməti 42 manat idi. Indisə 14 ədəd qoyub 24 manata satırlar. Belə çıxır ki, əvvəllər bu dərman indikindən ucuz olub. Bundan savayı, dərmanların keyfiyyətinə inam itib. Onların tərkibinə molekullar müəyyən həddə qatılmalıdır. Bir qrup dərmanlar isə, ümumiyyətlə itib. Istehlakçılar Tarif Şurasının dərmanlarla bağlı bu siyasətindən narazıdır. Bəzi dərmanların defisiti də yaranıb. Sanki bəzi firmalara böyük güzəştlər olub ki, onlar qiyməti baha qiymətə satsınlar. Qiymətlərin bahalığı alman apteklərində hələ də davam edir. Istehlakçılar bu məsələdən də şikayətçidirlər”.