BolgeXeber.Com » Xəbərlər » Allahşükür Paşazadə Türkiyəyə 100 min dollarlıq çek apardı və Fətullaha "şeytan" dedi-VİDEO

Allahşükür Paşazadə Türkiyəyə 100 min dollarlıq çek apardı və Fətullaha "şeytan" dedi-VİDEO

10-08-2016, 16:04
Oxunub: 2 229 Allahşükür Paşazadə Türkiyəyə 100 min dollarlıq çek apardı və Fətullaha "şeytan" dedi-VİDEOTürkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Kahraman Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəni qəbul edib

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, görüşdə 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınması barədə danışılıb. Paşazadə Türkiyədə dini liderlərin toplantısına qatılmaq üçün Ankaraya səfər edib.

Allahşükür Paşazadə isə Türkiyəyə “keçmiş olsun” mesajlarını çatdırıb, azərbaycan xalqının bu hadisələrə görə türk xalqı ilə eyni üzüntüləri yaşadığını deyib. Prezident Ərdoğanın xalqı meydanlara çağırmasına toxunaraq bildirib ki, “milyonlarla insan küçələrə töküldü, öz birliklərini, dövlətini qorudu” .

Görüşdə Allahşükür Paşazadə azərbaycan xalqı adından 15 iyul hadisələri zamanı həlak olanların ailələrinə yardım üçün göndərilən 100 min dollarlıq yardımın çekini də Kahramana təqdim edib.
Allahşükür Paşazadə Türkiyəyə 100 min dollarlıq çek apardı və Fətullaha "şeytan" dedi-VİDEO

Daha sonra Allahşükür Paşazadəyə və digər qonaq din xadimlərinə Türkiyə Böyük Millət Məclisinin binasına iyulun 15-dən 16-na keçən gecə qiyamçıların F-16 təyyarəsindən endirilən bomba zərbələrindən yaranan dağıntıları göstəriblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Ankarada keçirilən 9-cu Avrasiya İslam Şurası Məşvərət Toplantısında iştirakı zamanı 15 iyul hərbi çevriliş cəhdinə görə Fətullah Gülənin terror örgütünü-FETÖ-nü pisləyib. Allahşükür Paşazadə deyib ki, günahsız insanların ölümünə səbəb olanları müsəlman adlandırmağa heç kimin haqqı yoxdur. Onun sözlərinə görə, əgər FETÖ silahlarla və tanklarla xalqa qarşı hərəkət edibsə bunun adı müsəlmanlıq yox, şeytanlıqdır.