Azərbaycanda hakim falçı yanına gedirmiş - Şok ittiham
11-08-2016, 10:27
Oxunub: 2 095
Yasamal rayon Məhkəməsi falçılıqla məşğul olan Nəzakət Nəsibovaya qarşı qaldırılan iddia üzrə məhkəmə prosesində Məmmədovlar ailəsinin iddiasını təmin etməyib
Bu barədə AzNews.az-a iddiaçı Fikrət Məmmədov məlumat verib. Onun sözlərinə görə, hakim Ayaz Məmmədov N. Nəsibovanın xeyrinə qərar çıxarıb: “Falçının vəkili Yaşar Əhmədovdan soruşdum ki, sən Nəzakət xanımın öncəgörmələrinə inanırsan? Mənə verdiyi cavab “hə” oldu. Düzü buna çox təəccüblənmədim. Məni daha çox hakim təəccübləndirdi. Görünür ki, hakim özü də falçının öncəgörmələrinə inanır. Yoxsa ortada bu boyda fırıldaq olduğu halda, niyə iddiamızı təmin etməsin ki?
Məndə olan məlumata görə, Ayaz Məmmədov Nəzakət Nəsibovanın daimi müştərisidir. Mən hesab edirəm ki, hakim bu qərarı subyektiv səbəblərinə görə çıxarıb”.
F.Məmmədov bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər.
Qeyd edək ki, AzNews.az saytı bir neçə gün əvvəl Məmmədovlar ailəsinin ektrasens Nəzakət Nəsibova tərəfindən aldadılmasıyla bağlı məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, baxıcı ailənin xanımı Zeynəb Məmmədovanın ona inamından istifadə edərək 2007-ci ildən etibarən ondan külli miqdarda pul alıb. Zeynəb və Fikrət cütlüyünün boşanmasına və 650 min dollarlıq villalarının satılmasına səbəb olub. Ailə aldadıldığını başa düşdükdən sonra isə onunla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes