BolgeXeber.Com » Xəbərlər » Firma işçisi qumarda uduzdu: - Konsulumuz işə qarışdı

Firma işçisi qumarda uduzdu: - Konsulumuz işə qarışdı

13-08-2016, 10:02
Oxunub: 3 271 Firma işçisi qumarda uduzdu: - Konsulumuz işə qarışdıBu gün həmin turistlər Batumdakı Baş Konsulluğa müraciət ediblər

Baş Konsulluq və şəxsən mənim müdaxiləmdən sonra turistlərin pasportları geri qaytarılıb.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın Batumddakı Baş konsulu Rəşad İsmayılov azərbaycanlı turistlərin son durumu barədə danışarkən deyib. Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin Batuma apardığı 50-yə yaxın turisti yolda qoyması xəbəri yayılan kimi Baş Konsulluq bununla bağlı tədbir görüb:

“Sözügeden firma turistləri yerləşdirdiyi otelin ödənişini etmədiyinə görə onların pasportları otel tərəfindən götürülüb. Baş Konsulluq və şəxsən mənim müdaxiləmdən sonra turistlərin pasportları geri qaytarılıb. Çox güman ki, təsdiq olunduğu halda, adıçəkilən turist şirkəti törətdiyi əmələ görə məsuliyyət daşıyacaq. Bu isə artıq hüquq-mühafizə orqanlarının işidir. Baş Konsulluq səlahiyyəti daxilində zərərçəkmiş azərbaycanlı turistlərin hüquq və müdafiəsi üçün lazmi tədbirləri həyata keçirib”.

Baş konsul eyni zamanda turistlərin kazinoya aparılmasına da münasibət bildirib: ”O ki qaldı kazino söhbətinə, turistlərin yazdığı ərizədə bu barədə heç nə deyilmir".
Firma işçisi qumarda uduzdu: - Konsulumuz işə qarışdı
Firma işçisi qumarda uduzdu:

Xatırladaq ki, Bakıdan Batuma gedən turistlər istirahət əvəzinə turizm şirkəti əməkdaşlarının ağlasığmaz cinayətlərinin qurbanı olublar. Bu barədə ötən gün “Kriminal.az” məlumat yayıb. Belə ki, Bakıda fəaliyyət göstərən “İnTravel” səyahət şirkəti 50 nəfərdən əvvəlcədən pul alaraq, Batum şəhərinə aparıb. Şirkətin turistlərə cavabdeh olan bələdçiləri isə axşam Batumda fəaliyyət göstərən kazinolardan birinə gediblər və turistlər üçün əvvəlcədən yığılmış 12 min Gürcüstan larisi məbləğində pulu uduzublar.

Daha sonra ödəniş edilmədiyi üçün otellər həmin turistləri qəbul etməyib. Öz pulunu almayan sürücülər də turistləri avtobusla yenidən Bakıya qaytarmaqdan imtina ediblər. Vəziyyətin belə olduğunu görən turistlər bələdçilərdən Gürcüstan polisinə şikayət ediblər. Gürcü polisi həmin bələdçiləri həbs edib.

Məsələ ilə əlaqadar “İnTravel” şirkətinin direktoru İlqar Kərimli bildirib ki, Batuma aparılan turistlərin məsuliyyəti onun üzərində deyil. Həmin turistləri “RayTravel” aparıb. Turistlər arasında “İnTravel” tərəfindən göndərilən cəmi iki turist olub. Həmin turistlərlə əlaqə saxlanılıb və onlara bildirilib ki, taksi ilə Bakıya qayıtsınlar. Qayıdandan sonra onların xərci ödənəcək.

“RayTravel” şirkəti ilə isə hələlik açıqlama yaymayıb.