BolgeXeber.Com » Xəbərlər » Beylәqanın bәlәdiyyә sәdri ilә mәmur qayınatasının biznesi ­- Fotolar

Beylәqanın bәlәdiyyә sәdri ilә mәmur qayınatasının biznesi ­- Fotolar

13-08-2016, 10:34
Oxunub: 3 110 Beylәqanın bәlәdiyyә sәdri ilә mәmur qayınatasının biznesi ­- FotolarBeylәqanın sabiq icra başçısı Xasay Әhmәdovun kürәkәni haqda yeni mәlumatlar yayılıb

Politika.Az¬a ünvanlanan xәbәrdә iddia olunur ki, Novruz Quliyev Beylәqan bәlәdiyyәsinә sәdr seçilmәzdәn әvvәl diş hәkimi işlәyib. Onun yaxşı stomatoloq olduğu deyilir. Amma yerli idarәetmә qurumunun sükanını ona etibar edәnlәr yanılıblar. Çünki bәlәdiyyә işini bilmir. Mәnbә qeyd edir ki, bu iş yalnız torpaq satmaqdan ibarәt deyil. Mәhz bu işi bacaran bәlәdiyyә sәdri Beylәqan torpaqlarını özünün qayınata yurdu hesab edәrәk, qanunsuz yolla Xasay Әhmәdova vә qaynı Xәqani Әhmәdova әrmәğan edib. Hәtta X.Әhmәdovun onu rayon rәhbәri vәzifәsinә gәtirmәk planı varmış. Amma alınmayıb. Qaynağımız qeyd edir ki, rayon mәrkәzindәki 5 mәrtәbәli binanı qazla tәmin edәn borunun üstündә yeni obyekt tikdirәn N.Quliyev biznesini genişlәndirir. İddia olunur ki, 1400 heyvan bәslәyәn Kökәltmә Birliyinin 822 hektar torpaq sahәsinin 500 hektarını heç bir hәrrac keçirmәdәn ayrı¬ayrı imkanlı şәxslәrә icarәyә verib vә pulunu bәlәdiyyә büdcәsindәn gizlәdәrәk özü mәnimsәyir. Sәdrlik etdiyi il yarım әrzindә yerli әhәmiyyәtli sosial problemlәrin hәlli istiqamәtindә heç bir yaddaqalan addım atmayıb. Ancaq Beylәqanda ikimәrtәbәli villa tikdirib, Bakıda mәnzil alıb, xeyli sayda ticarәt vә iaşә xidmәti obyektinә yiyәlәnib. Rayonun icra başçısı Vaqif Abdullayevlә Novruz Quliyevin “mehriban düşmәn” olduğu da söylәnir.
Beylәqanın bәlәdiyyә sәdri ilә mәmur qayınatasının biznesi ­- Fotolar
Beylәqanın bәlәdiyyә sәdri ilә mәmur qayınatasının biznesi ­- Fotolar