BolgeXeber.Com » Xəbərlər » Zakir Həsənov "Beynəlxalq Ordu Oyunları-2016"nın bağlanış mərasimində iştirak edir
Zakir Həsənov "Beynəlxalq Ordu Oyunları-2016"nın bağlanış mərasimində iştirak edir
13-08-2016, 20:13
Oxunub: 3 270
Səfər Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə baş tutub
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvanın Alabino paliqonunda keçirilən "Beynəlxalq Ordu Oyunları -2016"nın bağlanış mərasimində iştirak edir. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti və İnformasiya İdarəsinin məlumatında bildirilir.
"Tank biatlonu"nun final estafeti və oyunların bağlanış mərasiminə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Ermənistanın müdafiə naziri Seyran Ohanyan, Belarus Müdafiə Nazirliyinin rəhbəri general-leytenant Andrey Ravkov və onun müavini general-mayor Sergey Potapenko, Qazaxıstanın müdafiə idarəsinin rəhbəri İmanqali Tasmaqambetov və onun müavini general-mayor Talqat Muxtarov, Serbiyanın müdafiə naziri Zoran Corceviç və Serbiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Lübişa Dikoviç gəlib", - deyə məlumatda qeyd olunub.
Səfər Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə baş tutub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər