BolgeXeber.Com » Xəbərlər » Arzu Rəhimovun saxta “əfqan”ları və... - peşəkar zabitlərə elan edilməmiş müharibə

Arzu Rəhimovun saxta “əfqan”ları və... - peşəkar zabitlərə elan edilməmiş müharibə

15-08-2016, 12:29
Oxunub: 4 379 Arzu Rəhimovun saxta “əfqan”ları və... - peşəkar zabitlərə elan edilməmiş müharibəSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) rəisi Arzu Rəhimovun yarıtmaz fəaliyyətinə dair mətbuatda vaxtaşırı məlumatlar dərc olunur

Savash.org xəbər verir ki, media bu qurumun sağlam çağırışçıların əvəzinə xəstə çağırşçıları xidmətə yollaması, bəzi savadlı zabitləri qanunsuz olaraq işdən azad edib,təqaüdə göndərməsi və Əfqanıstanı xəritədə belə görməyənlərin bu qurumda “Əfqanıstan veteranı” kimi qeydiyyatdan keçməsi kimi özbaşınalıqlara toxunub. Buna rəğmən hələ ki, yazılanlardan bir nəticə çıxmır. Maraqlıdır, korrupsiya və rüşvətə bulaşmış SHXÇX -nın yol verdiyi başıpozuqluqlara nə zaman son veriləcək?
Mövzuyla bağlı sualı cavablandıran Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri savash.org-a söyləyib ki, bu xidmət yaranandan bəri çox böyük qüsurlara yol verib: “Baxın, zaman-zaman sağlam çağırışçıların yerinə xəstə çağırşçıların xidmətə göndərilməsi halını müşahidə edirik. Hətta bu qurumun sağlam deyib ordu sıralarına göndərdiyi əsgəri Müdafiə Nazirliyi dəfələrlə bir neçə aydan sonra geri qaytarmaq məcburiyyətində qalıb. Bu da A. Rəhimovun normal işləmədiyinin aydın təzahürüdür”.
Ekspert sözügedən qurumda korrupsiya hallarının olmasını da istisna etmir: “Çünki belə hallar yalnız rüşvət və korrupsiyanın kök saldığı yerlərdə yaşana bilər. Onu da nəzərinizə çatdırım ki, Müdafiə Nazirliyinin işləməsi məhz bu sistemdən asılıdır. Yəni, ordu sıralarına sağlam gənclər çağırılmalıdır. Belə olan təqdirdə, xidmətdə xəstəliklərin sayı az olar. Əsgərlərimiz öz xidmətlərini daha sağlam şəkildə yerinə yetirərlər. Ona görə də əsgəri xidmət səfərbərlik sistemindən başlayır. A. Rəhimov ora ona görə qoyulmayıb ki, korrupsiyanı inkişaf etdirsin. Zənnimcə, prezidentin tələbi ilə həmin idarədə ciddi təmizləmələr aparılmalıdır. Bu cür özbaşınalıqlar və qohumbazlıqlar ortadan qalxmalıdır. Həmin idarədə mütləq təmizlənmələrə başlanılmalıdır. Ora qanunauyğun iş görən sağlam kadrlar gətirlməlidir. Əks halda bu cür başıpozuqluq davam edəcək”. Qeyd edək ki, Əfqanıstanı xəritədə belə görməyənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsində “Əfqanıstan veteranı” kimi qeydiyyatdadırlar.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və bu idarənin rəisi, general-leytenant Arzu Rəhimov haqqında zaman-zaman mətbuatda yazılıb. Bir çox hallarda “etibarlı mənbəyə” və ya “adının çəkilməsini istəməyən şəxs”ə istinadən yayılan bu məlumatlar ola bilər ki, kimlərdəsə şübhə doğururdu. İndi isə uzun illər SHXÇDX-də çalışmış və yüksək rütbəli zabit danışır. Həm də konkret faktlar və ittihamlarla… Xatırladaq ki, cumhuriyyet.az olaraq bir müddət öncə SHXÇDX-də baş verənlərlə bağlı həmin qurumun sabiq əməkdaşının məlumatlarını yaymışdıq. Həmin məlumatların bir hissəsini yenidən diqqətinizə çatdırırıq:
SHXÇDX-də məşum 3 avqust müşavirəsi
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilən Arzu Rəhimov bir həftə sonra qalmaqallı müşavirə keçirir və bu müşavirədə SHXÇDX-nin 20-dək idarə rəisi vəzifəsindən azad edilir. Həmin müşavirədə təqaüdə göndərilən A.Fəttahov azad xidmət rəisinin qəzəbinə tuş gələnlər haqda cumhuriyyet.az-a geniş məlumat verdi. Həmin şəxslərin bir çoxu Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları, yəni müharibə dövrü üçün əvəzolunmaz peşəkar zabitlərdir:
1. Polkovnik-leytenant Sərkərov Səftər – Əfqanıstan və Qarabağ müharibəsi veteranı
2. Polkovnik-leytenant Hüseynov Rövşən – Əfqanıstan və Qarabağ müharibəsi veteranı
3. Polkovnik-leyntenant Muradov Akiv – Qarabağ müharibəsi veteranı
4. Polkovnik-leytenant Rəsulov Şahin
5. Polkovnik-leytenant Məmiyev Şikar
6. Polkovnik-leytenant Həsənov Sərdar
7. Polkovnik-leytenant Rüstəmov Rza
A.Rəhimov bu kadr repressiyasını Xidməti Aslan Aslanovun kadrlarından təmizləmə kimi təqdim etsə də gerşək səbəblər tam başqadır. Həmsöhbətimiz A.Fəttahov xidməti dövründə yalnız dövlətə və vətənə sədaqəti və heç bir qruplaşmaya daxil olmadığı haqda hər kəsin bildiyini deyir: “Mənim üçün bir hərbçi kimi əsas hədəf dövlət və millət maraqları olub. Kimlər hansı oyun oynadığını bilmirəm, amma mən hər zaman Azərbaycan dövlətinə xidmət etmişəm.” Bununla yanaşı A.Fəttahov şəxsən özünün təqaüdə göndərilməsi ilə bağlı da maraqlı məqamlara toxundu və bildirdi ki, əslində
Arzu Rəhimov zabit heyətini aldadıb
Həmsöhbətimizin sözlərinə görə, SHXÇDX yaranarkən və Arzu Rəhimov bu posta təyin olunarkən bir çox peşəkar zabitlər narazı qalıblar: “İlk əvvəl onu bildirim ki, hərbi çağırışın Müdafiə Nazirliyinin nəzarətindən çıxarılması haqda Ali Baş Komandana verilən təklif yerində deyildi. Çünki bütün hallarda çağırış hərbi nazirliyin fəaliyyətinin bir hissəsi olmalıdır. Müharibə vəziyyətində olan ölkə üçün isə bu xüsusən zəruridir. Səbəbib hansı amillərlə bağlı olduğu haqda danışmaq istəmirəm amma biz döyüş yolu keçmiş peşəkar zabitlər kimi bir çoxumuz Müdafiə Nazirliyində xidmətimizi davam etdirmək istərdik. Həmin vaxt Arzu Rəhimov bizə müraciət edi, birgə işləmək istəyində olduğunu bildirdi. Dedi ki, hər kəsin vəzifəsi saxlanacaq və vaxtında rütbəsi veriləcək. Nəticə isə budur. Xidmət rəisi faktik olaraq bizi aldatdı”
Kadr islahatının pərdəarxası – rüşvət və havadarlar
Mənbəmiz Arzu Rəhimov vəzifəyə təyin olunduqdan sonra Səfərbərlik Xidmətindən uzaqlaşdırılan peşəkar zabitlər və müəmmalı şəkildə vəzifəyə təyinolunmalar haqda da ilginc məlumatlar verdi. Bütün bunlar haqda cumhuriyyet.az-a danışan polkovnik-leytenant bildirdi ki, həm təqaüdə göndərilmələrdə, həm də vəzifə təyinatlarında peşəkarlıqdan uzaq faktorlar rol oynayıb: “Məsələn, Aydın Namazov heç bir səbəb olmadan Səvərbərlik Xidmətinin Qəbələ rayon şöbəsindən azad olundu və bura Xidmət rəisinin öz adamı təyin olundu. Burda əsas məsələ Arzu Rəhimovun Qəbələdə daha çox istirahət etməsi mühüm rol oynamışdı. A.Rəhimov da Qəbələyə istirahətə gələrkən heç kəsin bundan xəbər tutmaması üçün bu kadr islahatını həyata keçirdi.
Yaxud da başqa bir məqama diqqət yetirək, bizim bir çoxumuz yaş faktoruna görə təqaüdə göndərilimişik amma yaşı bizdən də çox olan bir çox şəxslər yenidən vəzifəyə qaytarıldı. Hərbi sistemdə perespektivli və perespektivsiz zabitlər var. Arzu Rəhimov perespektivli zabitləri uzaqlaşdırıb, perespektivsiz zabitlərə vəzifə verib. Məsələn, Arzu Rəhimovun yaxın qohumu mayor Kazımov Rəşad xidməti uyğunsuzluqla Müdaviə Nazirliyindən tərxis olunsa da sonradan Səfərbərlik Xidmətinə baş idarəyə işə götürülüb. Sərhəd Xidmətindən xidməti uyğunsuzluğa görə tərxis olunan mayor Abbasquliyev Mədət də Səfərbərlik Xidmətinə baş idarəyə işə götürülüb. Arzu Rəhimovun ilk dövrlərdə, bizimlə birgə avqustun 3-də işdən azad etdiyi şəxslərdən biri də Səfərbərlik Xidmətinin Gəncə şəhər Kəpəz rayon idarəsinin rəisi Elxan Heydərov idi. Elxan Heydərov 200 min manat rüşvət müqabilində Aslan Aslanovun əli ilə hərbi polisdən komissarlıq sisteminə keçmişdi. Avqustun 3-də işdən azad olunduqdan sonra o 150 min manat müqabilində işə qayıdacağını dəfələrlə deyib. Doğurdanda qayıtdı. Əvvəl baş idarəyə sonra isə Qusar rayonuna rəis təyin olundu. Buna da etiraz edirdi. Bildirirdi ki, mən bu qədər pulu bu ucqarda işləmək üçün verməmişəm. O məqsədinə çatdı. Nə keçmiş hərbi komissarlıq sistemində, nə də Səfərbərlik Xidmətində görünməmiş hadisə baş verdi Elxan Heydərov 6 ay işlədikdən sonra Yevlax rayonuna təyin olunur. Mən rüşvətin birbaşa Arzu Rəhimova verildiyini iddia etmirəm. Amma ortada konkret faktlar var. Digər bir şəxs Emin Bağırov da pul müqabilində yenidən Səfərbərlik Xidmətinə qayıdıb.
Arzu Rəhimovun adı hallanan məhkəmə prosesi
Səfərbərlik Xidmətində rüşvət qalmaqalının pik nöqtəsi Arzu Rəhimovun sürücüsü Namiq Cəfərovla bağlı idi. Bu istiqamətdə həmsöhbətimiz A.Fəttahov danışmasa da cumhuriyyet.az olaraq apardığımız araşdırmalar da yeni faktlar üzə çıxarıb. Bu işdə adı hallanan bəzi şəxslərlə əlaqə saxladıq. Tərtər rayon idarə rəisi olan Rza Rüstəmov 30 min manat verdiyini və bu pulun 15 min manatının qaytarıldığını, Sevindik Xəlilov isə 180 min manat verdiyini və bu pulun 87 min manatının qaytarıldığını bildirdi. Bundan başqa cumhuriyyet.az olaraq öyrəndik ki, Ələddin İbrahimovun verdiyi 120 min manat pulun da 20 min manatı qaytarılıb. Bu istiqamtdə apardığımız araşdırmalarda onu da öyrəndik ki, küllü miqdarda pulları əlindən alınan Səfərbərlik Xidmətinin keçmiş rayon idarə rəislərinin iddiaları əsasında may ayının 1-də məhkəmə prosesi keçiriləcək.
Zamanında Arzu Rəhimov bu qalmaqallı işi ört-basdır etmək üçün bütün gücünü səfərbər etdi. Deyilənə görə, sürücü həbs olunarkən Xidmət rəisi Xanlar Vəliyevə minnətçi düşsə də hərbi prokuror onu qəbul belə etməyib və yalnız Sərhəd Xidmətinin rəisi Elçin Quliyev (o həm də A.Rəhimovun himayədarı kimi tanınır) işə qarışdıqdan sonra hərbi prokurorluq Arzu Rəhimova güzəştə gedib. Həmin vaxt SHXÇDX rəisi bu işdə adı hallanan rayon idarələrinin rəislərinə istintaqda susmağı tapşırıb və əvəzində onların vəzifədə qalacağını vəd edib. Amma bu vədə də əməl olunmadı. Məsələn, Tərtər rayon idarə rəisi olan Rza Rüstəmov 1 il 8 ay sərəncamda saxlanıldı (halbuki hərbi nizamnaməyə görə 3 aydan artıq sərəncamda saxlanmaya icazə verilmir) sonra isə vəzifəsindən azad edildi.
Səfərbərlik Xidmətində Yunus Əsgərli kabusu
Həmsöhbətimiz Ağa Fəttahov Arzu Rəhimovun başqa bir şakərindən də danışdı: “Bu şəxs elə bil özündən başqa general tanımır. Əvvəl general rütbəsində olan Novruzəli Orucov neytrallaşdırıldı, daha sonra müavin Zaur Abdullayev general rütbəsi aldıqdan sonra onun səlahiyyətləri məhdudlaşdırıldı. İndi Səfərbərlik Xidmətində Arzu Rəhimovun əsas adamı daxili Daxili Təhqiqat İdarəsinin rəisi Yunis Əsgərlidir. Bütün vurulacaq adamlar onun vasitəsi ilə sıradan çıxarılır. Y.Əsgərli hətta reket mətbuatda yer alan yazıları, anonim zəngləri belə fakt kimi sənədləşdirərək kadrların işdən azad olunmasına zəmin yaradır. Onun gizli dinləmələri, rüşvət əməliyyatları haqda Səvərbərlik Xidmətində çox olaylar baş verib. İndi bu şəxs A.Rəhimovun sağ əlidir və necə deyərlər onun kəsdiyi başa zaval yoxdur”
QEYD: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı araşdırmalarımız davam edəcək
Səfərblik Xidmətində yas məclislərinə getmək üçün icazə siyahısı;
İdarə rəislərini toydan saxlamaq üçün Baş İdarədən göndərilən qəfil qonaqlar;
Nəcməddin Sadıqovla konflikt və rədd edilən xahiş;
Ədliyyə Nazirliyində xidmət üçün tutulan siyahı və digər məsələlərlə bağlı gələn yazımızda…