BolgeXeber.Com » Xəbərlər » Aşqarlar Kimyası İnstitutunda «ölü canlar» - «Bəli, bizdə «ölü canlar» var, get nə istəyirsən yaz…»

Aşqarlar Kimyası İnstitutunda «ölü canlar» - «Bəli, bizdə «ölü canlar» var, get nə istəyirsən yaz…»

16-08-2016, 09:38
Oxunub: 2 281 Aşqarlar Kimyası İnstitutunda «ölü canlar» - «Bəli, bizdə «ölü canlar» var, get nə istəyirsən yaz…»«Mən qanun-zad tanımıram. Bəli, «ölü can»ımız da var, hələ o birisi də. Sizin kimiləri çox görmüşük, get nə istəyirsən yaz…»

Azərbaycan MEA-nın Aşqarlar Kimyası İnstitutunun bir qrup əməkdaşı «Təzadlar»a neçənci dəfədir ki, şikayət məktubu göndərir. Məktubda institut rəhbərliyinə qarşı bir sıra ağır ittihamlar yer alıb… Dünən məktubdakı bəzi ittihamlara münasibətini öyrənmək üçün institutun direktoru, AMEA-nın həqiqi üzvü, akademik Vaqif Fərzəliyevə telefon açdıq. Şamaxıda istirahətdə olduğunu bildirən akademikə xoş istirahət arzuladıqdan sonra, o, bizdən zəngimizin səbəbini soruşdu. Şikayət məktubunun məzmunu ilə tanış etdim… Məni səbrlə dinləyən 78 yaşlı akademik İnstitutdakı «ölü can»lar məsələsinə gələndə qəfildən əsib-coşmağa başladı: «Siz kimsiniz, prokurorsunuz ki, belə araşdırma aparırsınız?»,
Akademikə «KİV haqqında» Qanunun tələblərini izahlasaq da o, hay-küylü səsini bir az da qaldırdı… «Mən qanun-zad tanımıram. Bəli, «ölü can»ımız da var, hələ o birisi də. Sizin kimiləri çox görmüşük, get nə istəyirsən yaz…».
Bir daha akademikə institutdakı «ölü can»ların siyahısını demək istədim:
- Vaqif müəllim, niyə əsəbləşirsiniz… Kimya elmləri namizədi, 78 yaşı olan Quliyeva Dilarə Məmmədrza qızı… Bundan başqa…
Və ağsaqqal akademik siyahını sona kimi söyləməyə imkan vermədi və telefonunu söndürdü.
Daha geniş yazı növbəti sayımızda təqdim ediləcək.