BolgeXeber.Com » Xəbərlər » “Zəngilan təhsilinin anası ağlar qalıb”-Rəzalət

“Zəngilan təhsilinin anası ağlar qalıb”-Rəzalət

16-08-2016, 16:08
Oxunub: 1 806 “Zəngilan təhsilinin anası ağlar qalıb”-RəzalətŞöbə müdirinin özbaşınalıqlarına dair aldığımız şikayət məktublarında bu təəssüf doğuran həqiqət aşkar faktlarla öz təsdiqini tapır

Ötən saylarda Zəngilan rayon Təhsil Şöbəsinin fəaliyyəti ilə bağlı redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış bir tənqidi material dərc etmişik. Bu xüsusda yeni əldə etdiyimiz məlumatlarda mənbələr bu qurumun işinin təcili olaraq Maliyyə Nazirliyi tərəfindən təftiş olunması zərurətindən bəhs edirlər. Artıq qeyd olunduğu kimi ərazisi işğal altında olan Zəngilanınn təhsil müəssisələri bu gün ölkəmizin müxtəlif rayonlarında fəaliyyət göstərməkdədirlər. Ümumilikdə isə Zəngilan RTŞ-nin tabeliyində fəaliyyət göstərən bu təhsil ocaqlarında 4112-dən çox şagird təhsilə cəlb edilmişdir.

Xüsusi olaraq vurğulanır ki, belə yoxlama nəticəsində Zəngilan RTŞ-də həyata keçirilən çeşidli mənimsəmə faktları aşkarlana bilər. Məlumatlarda irəli sürülən ittihamlara əsasən, şöbənin müdiri Zakir İbrahimovun rəhbərlik etdiyi bu qurum aidiyyatı üzrə Mərkəzi İcra orqanlarının sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərməli olduğu halda, əksər hallarda həmin qərar və sərəncamların pozulmasına yönəlmiş fəaliyyət göstərməkdədir. Belə ki, iddialara görə Zəngilan RTŞ-nin fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 14 may tarixli 67 nömrəli qərarı ilə təsdiq olunmuş "Dövlət büdcəsindən maliyələşən təlim-tərbiyə və təhsil müəssələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi qaydalarının tələblərinə əməl olunmur. Külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə yol açan qanun pozuntularına isə şöbənin işində addımbaşı rast gəlmək olur. O cümlədən Zakir İbrahimov tərəfindən rəvac verilən qeyri-qanuni əmək haqlarının yazılması, məktəbdənkənar müəssisələrdə əlavə qrupların yaradılması, ödəniş dərəcələrinin düzgün müəyyən edilməməsi, siniflərdə qəsdən komplektləşmə aparılmaması və digər bu kimi hallar olduqca böyük məbləğlərin silinməsinə şərait yaratmaqdadır. Bütün bu deyilənlər bir daha təsdiq edir ki, dövlətimizin ölkə təhsilinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan Zəngilan RTŞ-nin müdiri Zakir İbrahimov təhkim olunduğu sahənin inkişafı üçün deyil, daha çox öz şəxsi mənafeylərinin təminatı baxımından yararlanmağa çalışır. Şöbə müdirinin özbaşınalıqlarına dair aldığımız şikayət məktublarında bu təəssüf doğuran həqiqət aşkar faktlarla öz təsdiqini tapır.xeberman.com

Biz ötən yazımızda da qeyd etmişdik ki, bir çox rayon təhsil şöbələrinin işində müşahidə olunan bütün bu qanun pozuntularından Təhsil Nazirliyinin rəhbərliyinin uzun müddət xəbərsiz olması qətiyyən inandırıcı səslənmir. Lakin fakt faktlığında qalır və biz hələ də ölkə rəhbərliyinin Azərbaycan təhsilinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirdiyi irimiqyaslı tədbirlərin iflasa uğraması üçün əllərindən gələni edən məmurların xalqa öz iradələrini diqtə etmələrinə dözmək məcburiyyətindəyik. Azərbaycan dövlətinin gənclərimizin təhsili üçün, başqa sözlə desək ölkəmizin gələcəyi üçün ayırdığı vəsaitləri Zakir İbrahimov kimilərinin əli ilə mənimsəyənlər isə hələ də yüksək tribunalardan dövlətimizə sədaqət prinsiplərindən dəm vururlar. Lakin bütün bunlar Zəngilan ictimaiyyətini narahat edən ikinci dərəcəli məsələlərdir. Əsil narahatlıq isə Zakir İbrahimovun tutduğu vəzifədə qaldığı hər yeni günün rayonun təhsil sisteminə daha bir sarsıdıcı zərbə olması anlamından doğur. Zəngilan ziyalılarının bu xüsusda qəti rəyləri bundan ibarətdir ki, bu korrupsioner məmur RTŞ-nin rəhbərliyində qaldıqca rayonun təhsil sistemində heç bir inkişafdan söhbət gedə bilməz. Yalnız Zakir İbrahimovun öz vəzifəsində təcrübəli, savadlı və ən başlıcası isə ləyaqətli bir kadrla əvəzlənməsi Zəngilan təhsilini hal-hazırda olduğu son dərəcə böhranlı vəziyyətdən çıxara bilər.