Dəmiryolunda məmur özbaşınalığından polisə şikayət
17-08-2016, 10:13
Oxunub: 3 414
“Azərbaycan Dəmiryolu” QSC-nin vaqon bələdçisi Rada Qubadova bu qurumda çalışan Əmir Hacıyevdən hüquq-mühafizə orqanlarına şikayət edib
Rada Qubadova surətini “Azadlıq”a da göndərdiyi məktubunda yazır ki, Əmir Hacıyev ona normal işləməyə imkan vermir:
“Mən 6 ildir ki, dəmiryolunda bələdçi işləyirəm. Instruktor vəzifəsində işləyən Əmir Hacıyev məndən müxtəlif bəhanələrlə pul tələb edir. O, ”saatın çoxdur” deyib, məni yol reysindən saxlayır. Məcbur qalıb ona pul verirəm, o da məni işə buraxır. Onun əməllərindən cana doyub polisə ərizə yazmışam. Iş Nəsimi Rayon Prokurorluğundadır. Indi məcburiyyət qarşısında məzuniyyət götürmüşəm. Bilirəm ki, işə çıxan kimi məni işdən çıxaracaqlar.
Əmir Hacıyev 6 ildə məni dəfələrlə işdən çıxartdırıb, mən sonradan qayıtmışam. Bakı-Balakən qatarında hər dəfə yazılıb yola çıxmaq üçün 20 manat verməliyəm. Adımız bələdçidir, amma vaqonda qul kimi işləyirik. Aldığımız maaş da 250 manatdır. Əmir Hacıyevdən dəfələrlə şikayətçi olsaq da, heç bir tədbir görülmür. Bir ay öncə sərnişindaşımanın rəisi Elyar Muradova da məlumat vermişəm. Lakin şikayətimə əhəmiyyət verilmədi. Məcbur olub məsələni ictimailəşdirmək qərarına gəldim. Mənə kömək edin”.
Şikayət məktubunda yazılanlarla əlaqədar “Azərbaycan Dəmiryolu” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxladıq. Əzməmmədov bildirdi ki, bu cür məsələlər sərnişindaşıma şöbəsinin rəisi Elyar Muradovun səlahiyyətindədir.
Elyar Muradovla əlaqə saxlamaq cəhdlərimiz isə nəticə vermədi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər