“Bələdiyyə sədri kafemizin olduğu yeri satışa çıxarıb” - Şəhid ailəsi
17-08-2016, 18:12
Oxunub: 2 612
1992-ci ildə Qarabağ döyüşlərində şəhid olmuş Quba rayon sakini Laçın Novruzovun ailəsi təzyiqlərə məruz qalıb
Bolgexeber.com xəbər verir ki, şəhidin qardaşı Elçin Novruzov interpress.az-a bildirib ki, rayonun ikinci Nügədi bələdiyyəsi onun kafesinin yerləşdiyi ərazini hərraca çıxarıb: “Bələdiyyə sədri Qələmiyev Mübariz Ələmşah oğlu məni çox narahat edir. Tək məni yox, pulunun çoxluğundan isitifadə edib bir neçə insanın meyvə bağını əlindən alıb. Mən özüm Quba rayonunda suvarma sistemində çalışıram. Nəzarət etdiyim ərazidə kiçik sahibkarlıqla məşğul oluram. Bura əvvəllər zibillik idi. İndi çayxana kimi düzəltmişəm. Elə olur ki, xeyriyyə məqsədi ilə də adamlara yemək, çay veririk. Əsasən çayxana kimi fəaliyyət göstərir. Buranı anamla ikimiz işlədirik. Ailəmizin tək qazanc yeri buradır. Bələdiyyə bu ərazini hərraca çıxarıb. Bir dəfə məhkəməyə vermişik. Amma məhkəmə bələdiyyə sədrinin xeyrinə qərar çıxarıb. Növbəti dəfə Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Bələdiyyə sədri hər gün bizi hədələyir, adamlarını göndərib işıqlarımızı kəsdirir”.
Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov məsələ ilə bağlı AzNews.az-a açıqlamasında bildirib ki, şəhid Laçın Novruzovun ailəsi ilə bağlı problem mübahisəlidir: “Bu məsələ nə bizlikdir, nə də sizlik. Birinci məhkəmənin qərarı var, əgər şəhid ailəsi bundan narazıdırsa, növbəti instansiyaya müraciət etmək hüququ var. Versinlər məhkəməyə, əgər torpaq üzərində mülkiyyət hüquqları varsa, onların hüququ tapdalana bilməz”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər