BolgeXeber.Com » Xəbərlər » “Neptun” marketlər şəbəkəsindən şikayətlər kütləviləşir - Xareab malları camaata sırıyırlar
“Neptun” marketlər şəbəkəsindən şikayətlər kütləviləşir - Xareab malları camaata sırıyırlar
18-08-2016, 14:24
Oxunub: 6 058
“Açıq və artıq qaralmağa başlamış ciyəri, balıq iyli ət məhsullarını satmaq niyyətindədilərmi? Buna bir nəzarət olmalıdır”
Bolgexeber.com xəbər verir ki, Politika.Az-ın özəl məlumatına görə, Sehrana Rza adlı istehlakçı sözügedən şəbəkənin marketində rüsvayçı fakt aşkarlayıb.
Bu faktın fotolarını paylaşan vətəndaşın sözlərinə görə, soyuducuda bir qablaşdırmaya rast gəlib:
“Çəkiliş vaxtı yaxınlaşdılar ki, çəkməyin. Üzərində dağılmaması üçün tor, altında isə zədələnmiş və açıq paketdə ciyər. Bütün ət və balıq məhsulları da bir soyuducuda.
Qaydalara görə balıq məhsulları yalnız vaakum altına ümumi soyuducuda saxlanıla bilər. Əks halda ayrı saxlanılmalıdır”.
S.Rza qeyd edib ki, “Neptun” market isə bütün qaydaları pozur: “Açıq və artıq qaralmağa başlamış ciyəri, balıq iyli ət məhsullarını satmaq niyyətindədilərmi? Buna bir nəzarət olmalıdır”.
Ümumiyyətlə, son aylar supermarketlərdən şikayətlər artmaqdadır. Əsasən də manatın üzən məzənnəyə keçidindən sonra vətəndaşlar fırıldaqçılıqla üzləşir. Bakının “Neptun”, “Araz”, “Bizim market”, “Səbət”, “Bazarstore”. “Favorit” və digər marketlərindən narazılıqlar var.
“Neptun” mağazalar şəbəkəsi istehlakçıların hüquqlarını kütləvi şəkildə pozmaqda davam edir. Vətəndaşların narazılıq etdiyi bu mağazalarda alıcılar aldadılır, qiymətlər şişirdilir, kassalarda təqdim olunan qəbzlə vitrinlərdə göstərilən məbləğ üst-üstə düşmür.
Mətbuatda bu şəbəkə ilə bağlı onlarla şikayətə rast gəlmək olar. İnternet resurslarında axtarış verməklə həmin faktlarla tanış olmaq mümkündür. Marketlər şəbəkəsinin vergidən yayınması barədə də dəfələrlə iddialar yer alıb.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər