İlham Əliyev Zəyəmçay üzərindəki körpünün bərpasına pul ayırdı
18-08-2016, 20:27
Oxunub: 2 938
Azərbaycan prezidenti İlham Əliyev Şəmkir və Tovuz rayonlarını birləşdirən Zəyəmçay üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb
Bolgexeber.com xəbər verir ki, məlumatına görə, sərəncamda bildirilir ki, cari ilin iyun-iyul aylarında Şəmkir rayonu ərazisində aramsız yağan leysan nəticəsində Bakı-Ələt-Qazax avtomobil yolunda Zəyəmçay üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
Beynəlxalq yük və sərnişin daşımalarında xüsusi əhəmiyyətə malik olan yolun təxirəsalınmaz bərpasını təmin etmək məqsədi ilə Şəmkir və Tovuz rayonlarını birləşdirən yeganə körpünün bərpası üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,0 (iki) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər