BolgeXeber.Com » Xəbərlər » Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilib -FOTO,VİDEO

Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilib -FOTO,VİDEO

19-08-2016, 09:43
Oxunub: 2 731 Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilib -FOTO,VİDEOTürkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilib

Bolgexeber.com
xəbər verir ki, bu barədə Report-un Lənkəran şəhər hava limanında olan əməkdaşı məlumat verib.

İstanbul-Lənkəran xüsusi reysi ilə yola çıxan təyyarə Bakı vaxtı ilə saat 00:00-da Lənkəran şəhər hava limanına eniş edib. Azərbaycanın bütün rayonlarından 2 minə yaxın insan cənazəni qarşılamağa gəlib. Bu səbəbən Lənkəranın Kərgəlan kənd dairəsindən Gərmətük qəsəbəsi dairəsinə qədər olan yolda avtomobillərin sıxlığı yaranıb və hərəkət məhdudlaşıb.

R.Lənkəranski avqustun 19-da Lənkəran şəhər, Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə İstanbul şəhərində baş verib. Belə ki, Barbaros bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin qarşısına gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb.

18.08.2016 22:29

Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilir.
Onun nəşini daşıyan özəl təyyarənin yaxın dəqiqələrdə Lənkəran aeroportuna enəcəyi gözlənilir.

Hazırda aeroportda böyük izdiham müşahidə olunur. Belə ki, onun xeyli sayda qohumu və həmyerlisi Lənkəranskinin nəşini qarşılamaq üçün hava limanına toplaşıb.

Rövşən Canıyevin sabah Lənkəranda dəfn olunacağı gözlənilir. Artıq dünyanın bir neçə ölkəsində, əsasən də Rusiyada yaşayan həmyerlilərimiz dəfn mərasimində iştirak etmək üçün bilet alıblar. Eyni zamanda, oğru dünyasına yaxın nüfuzlu insanların da dəfnlə bağlı Azərbaycana gəlməkdə olduğu haqda məlumatlar var.

21:58

İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Caniyevin) cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı bütün sənədlər hazırlanıb və onun yaxınlarına təhvil verilib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-nın Türkiyə müxbirinə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Məlumata görə, artıq cənazənin Azərbaycana gətirilməsi üçün hava limanında sənədləşmə aparılır.

Rövşən Lənkəranskinin cənazəsi doğulduğu Lənkəran rayonuna gətiriləcək.

19:11

Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi bu axşam Lənkərana gətiriləcək.

Məlumata görə, İstanbul-Lənkəran xüsusi reysi ilə uçan təyyarə Bakı vaxti ilə saat 21:45-də Lənkəran şəhər hava limanına enəcək.

R.Lənkəranski avqustun 19-da Lənkəran şəhər, Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə İstanbul şəhərində baş verib. Belə ki, Barbaros bulvarında, hotellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb.

12:39

Türkiyədə baş vermiş silahlı hücum zamanı yaralanan, daha sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) doğulduğu Lənkəran şəhərində dəfn olunacaq.

Bu barədə onun yaxınları məlumat verib.

Məlumata görə, Lənkəranskinin qardaşı Namiq Canıyev hazırda Türkiyədədir. O, qardaşının cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri ilə məşğuldur.
Hazırda Lənkəran şəhərində hüzr məclisinə hazırlıq işləri gedir.

Yas məclisi Canıyevlərin Kiçik Bazar məhəlləsində yerləşən evində keçiriləcək. Lənkəranski həmin məhəllənin Sardaxlı qəbiristanlığında torpağa tapşırılacaq.

Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilib -FOTO,VİDEO
Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilib -FOTO,VİDEO
Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilib -FOTO,VİDEO
Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilib -FOTO,VİDEO
Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilib -FOTO,VİDEO
Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilib -FOTO,VİDEO
Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilib -FOTO,VİDEO