BolgeXeber.Com » Xəbərlər » Göygöldə Alma bağı məhv edilir - Foto

Göygöldə Alma bağı məhv edilir - Foto

19-08-2016, 13:14
Oxunub: 2 898 Göygöldə Alma bağı məhv edilir - FotoGöygöl rayonunun ərzisində yerləşən "alma bağı" adı ilə məhşur olan torpaqların hasarlanması yerli sakinlərin və turistlərin diqqətini cəlb edib

Teref.info-nun elektron poçtuna Göygöl rayonunda "Alma bağı" adı ilə məşhur olan torpaqların hasarlanmasına və ağacların məhv edilməsinə etiraz məktubu daxil olub. Məktubu sizə təqdim edirik:
Göygöl rayonunun ərzisində yerləşən "alma bağı" adı ilə məhşur olan torpaqların hasarlanması yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Hər kəs ərazilərin tikinti məqsədi ilə hasarlanmasından və ərazidə olan ağacların məhv ediləcəyindən narahatdır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin kənd təssərüfatının inkişaf etdirilməsi və yeni bağların salınmasını vacib besab etdiyi bir vaxtda Göygöl İcra hakimiyyətinin bu əraziləri kimlərəsə satması, təyinatından kənar istifadəsinə göz yumması hər kəsdə narazılıq oyadır.
Bələdiyyənin də bu məsələdə tamaşaçı kimi çıxış etməsi, prosesi durdurmaması onların da bu işdə maraqlı tərəf olmalarını sübut etmiş olur.
Göygöl rayon sakini Əlövsət Babayev: "Başladılar buranı hissələrə bölərək kafe kimi işlətməyə. İndi isə tamamilə hasara alıblar. Əvvəl heç olmasa yerdə əyləşib sərinləmək olurdu. Bu qədər bərəkətli ağacları indi məhv edəcəklər. Deyirlər ki, burada evlər tikəcəklər. Bəyəm bu torpaqlar ev tikmək üçündur? Axi bu cinayətdir... İcra və bələdiyyə ancaq torpaq satmaqla məşğuldur. Heyif ki, Prezidentimizin bundan xəbəri yoxdur..."
Dövlət mülkiyyəti hesab olunan bu torpaqların aqibəti haqda Göygöl rayon İcra hakimiyyətinin mövqeyini öyrənə bilmədik. Rəsmilərin məzuniyyətdə olduğunu bildirdilər. Ərazidən çəkilmiş fotoları şərhsiz Sizlərə təqdim edirik.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Göygöldə Alma bağı məhv edilir - Foto
Göygöldə Alma bağı məhv edilir - Foto
Göygöldə Alma bağı məhv edilir - Foto
Göygöldə Alma bağı məhv edilir - Foto
Göygöldə Alma bağı məhv edilir - Foto
Göygöldə Alma bağı məhv edilir - Foto
Göygöldə Alma bağı məhv edilir - Foto