Şəbəkə marketinqinin qanunsuz əməlləri: - İnsanlar belə tora salınır
20-08-2016, 15:15
Oxunub: 2 377
Hüquq müdafiəçisinin sözlərinə görə, şirkətin əməkdaşları əhalinin gur olduqları küçələrdə, metro stansiyalarının yaxınlığında iş elanları paylayırlar
Şəbəkə marketinqinin qanunsuz fəaliyyəti və onlarla insanın aldadılması ilə bağlı yazılara tez-tez rast gəlirik. Lakin hələ də bu şəbəkənin toruna düşənlər var.
Növbəti şikayət Yasamal rayonu, Zivərbəy Əhmədbəyov, 29 ünvanda yerləşən “Tienis” şirkətindəndir.
“Bu şirkət iş axtaranları aldatmaqla məhsullarını satmağa çalışır. Təəssüf ki, dövlət qurumları şirkətin fəaliyyəti ilə maraqlanmır”. Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyir.
Hüquq müdafiəçisinin sözlərinə görə, şirkətin əməkdaşları əhalinin gur olduqları küçələrdə, metro stansiyalarının yaxınlığında iş elanları paylayırlar. “Onların iş mexanizmi belədir, toruna saldıqları insanla çoxlu söhbətlər aparılır, onları inandırırlar ki, artıq adam cəlb etməklə öz bizneslərini qura biləcəklər. Bizim təşkilata müraciət edən şikayətçilərdən biri də əvvəlcə 10 manat, sonradan 300 manat ödəyib. Ona üzərində VÖEN olmayan qaimələr, bir də şirkət tərəfindən satılan dərmanlar verilib”, - E.Hüseynov izah edir.
Yeni gələn ailə üzvlərini, yaxın qohumlarını da işə cəlb edir. “Şikayətçiyə deyiblər ki, hər gətirdiyin adam üçün əlavə maaş alacaqsan. Belə vədlərlə ondan ümumilikdə 2500 manat alıblar. Verilən dərmanları sata bilməyən şikayətçi dərmanları geri qaytarın pulunu almaq istəyib. Lakin ona pulun geri qaytarılmayacağı deyilib”, - hüquq müdafiəçisi əlavə edib.
Şirkət əməkdaşlıq etdiyi şəxslərlə əmək müqaviləsi bağlamır. E.Hüseynov deyir ki, şikayətlərlə bağlı şirkətin Fəridə adlı əməkdaşı ilə görüşüblər: “Mənə dedi ki, istənilən dövlət qurumuna şikayət edə bilərsiz. Bizim himayəçilərimiz var”.
AİB Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, eləcə də İqtisadiyyat nazirliklərinə müraciət edib. “Vergilər Nazirliyi araşdırılma aparılacağını bildirib. Digər nazirliklər isə şikayətçinin məhkəməyə müraciət edilməsini məsləhət görüb. Təşkilat araşdırma aparılması üçün Baş Prokurorluğa müraciət edib”.
Şirkətə məxsus internetdə yerləşdirilən telefonlara cavab verilməyib. Qarşı tərəfin fikirlərini də verməyə hazırıq.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes