BolgeXeber.Com » Xəbərlər » 1 saylı tam orta məktəbin direktoru nə Mikayıl Cabbarovu saya salır, nə də Təhsil Şöbəsini... - ÖZBAŞINALIQ

1 saylı tam orta məktəbin direktoru nə Mikayıl Cabbarovu saya salır, nə də Təhsil Şöbəsini... - ÖZBAŞINALIQ

23-08-2016, 11:41
Oxunub: 2 177 1 saylı tam orta məktəbin direktoru nə Mikayıl Cabbarovu saya salır, nə də Təhsil Şöbəsini... - ÖZBAŞINALIQXırdalanda fəaliyyət göstərən 1 saylı tam orta məktəbdə özbaşınalıq hökm sürür

Mənbənin bildirdiyinə görə, sözügedən təhsil müəssisəsinin direktoru Kamalə xanım heç rayonun Təhsil Şöbəsini də saya salmayaraq, özünün yazılmamış qanunlarını tətbiq etməklə, "borusunu ötdürür”. Əvvəllər Ceyranbatan qəsəbəsindəki məktəbdə direktor işləyən Kamalə xanım, Sumqayıtın hazırkı icra başçısı Zakir Fərəcovun "xeyir-duası ilə” buraya təyin olunub və deyilənə görə, elə ilk gündən məktəbi bazara çevirməyə başlayıb.(irevan-press)Keçmiş direktorun heç ağlının ucundan belə keçməyənlər indiki üçün adi normaya çevrilmişdir. Məktəbdə mütəmadi olaraq müxtəlif bəhanələrlə şagirdlərdən pul yığılması, yalnız direktorun gətirtdiyi malların alınmasının vacib şərt kimi ortaya qoyulması direktorun amiranəliyinə və arxalı olduğuna bariz işarətdir.Lakin, məbəmiz onu da qeyd edir ki, hər yerdə Zakir Fərəcovun və onun həyat yoldşının adlarını hallandırması Kamalə xanıma heç də ucuz və yaxud havayı başa gəlməyib....
Daxil olan çox ilginc məlumatları dəqiq araşdırmaq məqsədilə direktorla telefon əlaqəsi saxladıq və məsələlərə qarşı tərəf kimi münasibət bildirməyi xahiş etdik. O isə qanunun tələbinə əsasən jurnalistin suallarını cavablandırmaq əvəzinə, əməkdaşımıza birbaşa rüşvət təklf etdi.....(təfərrüatı növbətı məqaləmizdə)Rublika.az
Teref.info olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!