“Asel group” şirkəti işsizləri soyur – Fırıldaq
23-08-2016, 15:30
Oxunub: 4 713
Boss.az saytında işçi axtaran "Asel group” adlı işədüzəltmə şirkəti fırıldaqçılıqla məşğuldur
Bu barədə Sabir Azad adlı şəxs xəbər yayıb. Onun sözlərinə görə, işə düzəltmək adıyla işsiz vətəndaşlardan 10 manat alıb müqavilə bağlanır: "Guya 3 ay ərzində işlə təmin edəcək. Nəticədə əvvəlcədən razılaşdığı 1-2 şirkətə iş üçün yollayır. Həmin şirkətlər də vakansiyaya uyğun namizəd olduğun halda işlə təmin etmirlər. Müqaviləyə əsasən ödənilən 10 manat heç bir halda geri qaytarılmır. 3 aydan sonra da müqavilə qüvvədən düşür”. S.Azad qeyd edib ki, "Asel group”un fəaliyyəti vətəndaşları aldatmaqdır: "İşsiz vətəndaş dəfələrlə iş dalınca ora-bura gedir. Cibində qalan son qəpiyini də xərcləyib işsiz qalır. Müqavilədə əsasən işəgötürənin hüquqları qorunur. Müqavilə birtərəfli qaydada yazılıb. Əlacsız vətəndaş məcburiyyətdən qəbul edir. Boss.az saytına da şikayətimi bildirəndə ki, siz əvvəllər işədüzəltmə şirkətlərinin elanlarını vermirdiz və məsələ haqda bildirəndə mənə əsaslı cavab verməyiblər. Məni bu saytda qara siyahıya atıblar. Bu da ona əsas verir ki, boss.az-ın da bu işdə əli var. Bu fırıldaqçıları və şarlatanları ifşa etmək üçün hər kəsdən xahiş edirəm paylaşsınlar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər