İlham Əliyev Ukrayna Prezidentini təbrik edib
23-08-2016, 19:10
Oxunub: 2 980
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Petro Poroşenkoya təbrik məktubu ünvanlayıb
Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Ukrayna münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq əlaqələri, ikitərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu yaxınlarda Azərbaycana etdiyiniz səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, səfər zamanı Sizinlə görüşlərimiz, apardığımız danışıqlar ikitərəfli münasibətlərimizin inkişafı üçün yeni imkanlar açacaqdır.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər