BolgeXeber.Com » Xəbərlər » BDU-da vəziyyət uruscadır... - İDDİA

BDU-da vəziyyət uruscadır... - İDDİA

25-08-2016, 09:37
Oxunub: 3 348  BDU-da vəziyyət uruscadır... - İDDİA Universitetimizin fasadındakı mozaikanın sökülməsi narazılıqla qarşılansa da, Nurlana Əliyeva inadından dönmədi

Qəzetimizin 20.08.2016-cı il tarixli sayında “Nurlana Əliyeva adına “Bakı Qocalar Evi” sərlövhəli tənqidi material dərc olunmuşdu. Qeyd etmək istərdik ki, yazıya belə bir başlığın seçilməsinin əsas təşəbbüskarları, qeyri-ixtiyari da olsa, məhz Bakı Slavyan Universitetinin (BSU) tələbələri olmuşdular. Məsələ bundadır ki, yeni rektor təyin olunduğu universitetdə ilkin olaraq kadr islahatlarına start vermiş Nurlana Əliyeva, bu yaxınlara qədər direktoru olduğu Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim heyətinin böyük bir hissəsini özü ilə universitetə gətirib. Nurlana xanımın BSU-da işlə təmin etdiyi müəllimlərdən ən cavanının isə, yaşı 65-ə yaxındır. Məhz bu səbəbdən də BSU-nun tələbələri artıq təhsil aldıqları universiteti öz aralarında “N.Əliyeva adına Bakı Qocalar Evi” adlandırırlar. Digər tərəfdən isə, universitetdəki mənbələr yeni rektorun həyata keçirdiyi bu islahatları daha bəsit və eyni zamanda da daha sərrast ifadə ilə, “təmizləmə işləri” adlandırırlar. Mətbuata açıqlama verən müəllimlərindən biri isə deyib ki, yeni rektor ilk toplantısında rəhbərlikdəki bütün kadrların dəyişəcəyi anonsunu verib. Çox güman ki, bundan sonra universitetdə iş prinsipləri də dəyişəcək. Məlumatda bir daha təsdiq olunur ki, Nurlana Əliyeva bir müddət əvvəl rəhbərlik etdiyi kollecdəki sistemi indi də BSU-da tətbiq etmək istəyir: “Nurlana xanım universitet sistemini bir o qədər də dərindən bilmir. Uzun müddət rəhbəri olduğu kollecdə işlər necə gedirdisə, həmin mexanizmi indi BSU-da tətbiq eləməyə çalışır. Hamıya yaxşı bəllidir ki, həmin kollec barədə ayrı-ayrı mətbu orqanlarda zaman-zaman rüşvət və korrupsiya hallarından yazılıb. Əgər yazılanlar doğrudursa və həmin sistem BSU-da tətbiq edilərsə, bu, bizim ali məktəb üçün çox böyük problem yarada bilər. Mən düşünürəm ki, proseslər buna doğru gedir...”
Universitetdən gələn daha bir maraqlı açıqlama da burada həyata keçirilən təmir işləri ilə bağlı olub: “Universitetimizin fasadındakı mozaikanın sökülməsi narazılıqla qarşılansa da, Nurlana Əliyeva inadından dönmədi. Rektor bunu maddi sıxıntı ilə əlaqələndirdi. Bildirdi ki, mozaikanı bərpa etməyə maddi imkan yoxdur. Amma o, maddi imkansızlığı bəhanə etsə də, universitetin 5 mərtəbəli binasına lift də quraşdırmaq niyyətindədir. Özü ikinci mərtəbədə otursa da, liftlə qalxıb düşmək istəyir. Maraqlıdır, həmin pul hansı vəsait hesabına ödəniləcək? Çox güman ki, Nurlana Əliyeva yeni dərs ilində universitetdə gəlir yerləri də açacaq. Universitetin istehsal müəssisəsi olmadığını nəzərə alsaq, yeni rektorun həmin pulu tələbə və müəllim heyətindən çıxaracağına şübhə etmirəm...” Diqqət etdinizsə, bu açıqlamanın özü də bir tərəfdən Nurlana Əliyevanın rəhbərliyi altında Bakı Slavyan Universitetində bundan sonra rüşvətxorluq hallarının artacağına dair irəli sürdüyümüz ehtimalları, digər tərəfdən isə, bu ali təhsil müəssisəsinin getdikcə həqiqətən də “qocalar evi”nə çevrildiyini bir daha təsdiq edir. Təbii ki, orta yaşı 65-70 civarında olan pedaqoji heyət üzvlərinin universitet daxilində rahat hərəkət edə bilmələri və novbəti dərsə çox kecikməmələri üçün bunanın təkcə liftlə deyil, hətta üfüqi eskalatorlarla da təchiz olunması zərurəti yarana bilər. Hələ istisna etmək olmaz ki, yaxın vaxtlarda Bakı Slavyan Universitetində dərslər arası fasilələrin müddəti də uzadılsın...