BolgeXeber.Com » Xəbərlər » “Azəravtoyol” MMC dövlətin büdcəsini necə talayır? – Yeyinti ittihamı…

“Azəravtoyol” MMC dövlətin büdcəsini necə talayır? – Yeyinti ittihamı…

25-08-2016, 12:21
Oxunub: 2 129 “Azəravtoyol” MMC dövlətin büdcəsini necə talayır? – Yeyinti ittihamı…“Azəravtoyol” ASC-nin apardığı yolların tikinti və təmiri işlərində ciddi maxinasiyalar var

Qlobal.az-a daxil olan məlumatlara görə, “Azəravtoyol” ASC-nin nəzdində fəaliyyət göstərən yol tikinti və təmiri idarələrinin və eləcə də tenderlər vasitəsi ilə yol tikintisinə cəlb olunmuş şirkətlərin yük maşınlarının istifadəsində və istismarında ciddi qanun pozuntularına yol verilir. Belə ki, yükdaşımalarla məşgul olan ağır tonnajlı maşınların (əsasən TATRA modelli maşınların) sənədləri (Putyovkaları – qaimələri) sürücülərə ağ formada (yazılmamış) verilir.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sürücülərə təqdim olunan həmin sənədlərdə yükün həcmi, yükün çəkisi, yükün aparılacağı məsafənin uzunluğu göstərilməli olduğu halda bunlar rəhbərlik tərəfindən edilmir. Həmin ağ vərəqlər sürücülər tərəfindən imzalatdırılaraq Bakı şəhərində yerləşən baş ofisə göndərilir. Baş ofisə ağ halda göndərilən sənədlərdə (putyovkalarda) isə hansı rəqəmlərin yazılmasından sürücülərin xəbəri olmur.

Əldə etdiyimiz məlumata görə, ay ərzində sürücülərin 20-22 iş günü əhatə olunan bu sənədlərdə daşınan yüklərin həcmi və çəkisi fantastik formada şişirdilir. Ay ərzində yüklərin daşınan məsafəsinin uzunluğu isə 6-9 min kilometrədək qaldırılır. Məhz bu səbəbdən də sürücülərin əmək haqları pozulur. Belə ki, sürücülərin aylıq maaşları sənədlərdə (putyovkalarda) yazılan rəqəmlərə görə hesablanmır. Çünki belə olan halda sürücülər indiki kimi 450-490 manat yox 1500-2000 manat maaş almalıdırlar.

Redaksiyamızın araşdırmaları nəticəsində əldə olunan digər məlumat isə “Azəravtoyol” ASC-dəki başqa bir qanun pozuntusu ilə bağlıdır. Belə ki, yolların tikintisində istifadə olunan maşınlar və digər texnikalar ehtiyat hissələri ilə “Azəravtoyol” ASC tərəfindən təhciz olunmalıdır. Ancaq burada da sürücülər istismar olunur. Maşınların xarab olan hissələri qeyri-qanuni olaraq sürücülərə aldırtdırılır. Sürücülərə qeyri-qanuni aldırtdırılan ehtiyat hissəlıri üçün onlara müəssisə tərəfindən heç bir ödəniş olunmur. Bu hal onların maaş cədvəllərində də nəzərə alınmır. Ancaq təbii ki, maşınların ehtiyat hissələri üçün dövlətdən ayrılan pullar hansısa qrup tərəfindən mənimsənilir.

Qeyd edək ki, bu məlumatlara “Azəravtoyol” MMC-nin mətbuat xidmətindən münasibət öyrənmək istəsək də qarşı tərəf danışmaq istəmədi.