BolgeXeber.Com » Xəbərlər » Əhaliyə kredit verməkdən imtina edən banklara xəbərdarlıq edildi-VIDEO

Əhaliyə kredit verməkdən imtina edən banklara xəbərdarlıq edildi-VIDEO

25-08-2016, 17:37
Oxunub: 2 416 Əhaliyə kredit verməkdən imtina edən banklara xəbərdarlıq edildi-VIDEOBu maliyyə bazarına etimadı sarsıdır

Banklar vətəndaşların kredit müraciətlərindən imtina etməsinin müxtəlif müxtəlif bəhanələrlə əsaslandırılar. Hətta bununla bağlı Maliyyə Bazarına Nəzarət Palatası banklara məktub da göndərib. Görəsən banklar hansı halda kreditdən imtina edə bilər. Əməkdaşlarımız bu problemi araşdırıb.

Son vaxtlar banklar əksər kredit müraciətlərinə mənfi cavab verir və bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyənləşdirdiyi qaydalarla əsaslandırır.Bu tendensiya platanının banklara növbəti məktub göndərməsi ilə nəticələnib. Məktubda bildirilir ki, banklar kredit verilməsindən imtinanın səbəblərini vətəndaşlara düzgün izah etmir. Ekspertlər də hesab edir ki, bankların bu hərəkəti maliyyə bazarına etimadı azaldır. Bu isə ilk növbədə bankların özünə zərər verir. Qaydalar məhdudiyyət yox, əksinə sağlam kredit mühiti yaradır.

Palatadan o da bildirilib ki, yeni qaydaları zəruri edən və nəzarətin gücləndirilməsinə əsas səbəb indiyədək kreditlər təqdim olunarkən qiymətləndirilmənin düzgün aparılmamasıdır. Bu da problemli kreditlərinin həcminin çoxalmasına səbəb olur

Bəs banklar hansı hallarda kredit verməkdən imtina edə bilər.

Qeyd edək ki, may ayından etibarən Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatlarına sağlam kreditləşmə və məsuliyyətli borclanmaya dair yeni prudensial çərçivə tətbiq edib.