Bakıda kişi arvadını çılpaq şəkilləri ilə şantaj etdi
26-08-2016, 16:23
Oxunub: 12 779
Bakıda kişi arvadını az qala intihar həddinə çatdırıb
Hüquq-mühafizə orqanı əməkdaşları kişinin öz arvadını çılpaq şəkillərini yayacağı hədəsi ilə ilk dəfə rastlaşdıqlarını etiraf ediblər. Hazırda Bakının Nizami rayon prokurorluğunda bu fakt araşdırılır.
Bolgexeber.com Sputnik-ə istinadən xəbər verir ki, rayon prokurorluğuna Keşlə qəsəbəsinin 30 yaşlı sakini N.C. müraciət edib.
O bildirib ki, əri (hazırda sabiq əri) – Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayan əslən Qəbələdən olan F.B. qadını şəkillərini internetdə yerləşdirəcəyi ilə hədələyib. Qadın hüquq-mühafizəçilərinə bu biyabırçılıq üzündən, hətta intihar etmək istədiyini belə söyləyib.
Hər şey ərinin Rusiyaya qazanc ardınca getməsindən sonra başlayıb. Rusiyaya getdikdən bir müddət sonra əri ona “Əgər sənə xəyanət etməyimi istəmirsənsə, mənə çılpaq şəkillərini göndər” məzmunlu ismarıc yazıb.
Qadın uşağının atasının sözlərinə inanıb və həqiqətən də bu şəkillərinin ərinin ona sədaqətini qorumasına yardım edəcəyinə inanaraq şəkillərini yollayıb. Amma bir müddət sonra qadına xəbər çatıb ki, əri bu şəkilləri öz tanışlarına və qohumlarına göstərir. Bunu eşidən qadın boşanma üçün ərizə verib.
Amma kişi bununla sakitləşməyib, onu şəkillərinin internetdə yerləşdirəcəyi ilə hədələməyə başlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər