BolgeXeber.Com » Xəbərlər » Yasamalın İcra başçısıyla şəhid ailələri arasında növbəti qalmaqal - “Mən problem həll edənəm?”
Yasamalın İcra başçısıyla şəhid ailələri arasında növbəti qalmaqal - “Mən problem həll edənəm?”
30-08-2016, 09:26
Oxunub: 3 236
Bir müddət bundan öncə bir qrup Qarabağ əlili və şəhid ailəsi ilə Yasamal rayon icra başçısı İbrahim Mehdiyev arasında problem yarandığı haqqında məlumat vermişdik
Bildirmişdik ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 A ünvanının sakinləri problemlərini həll etmək üçün icra başçısının qəbuluna yollansa da, Qarabağ əlili və şəhid ailələri başçının göstərişi ilə binadan çıxarılıb. Başçı onlara "Sizi qəbul etmirəm. Hara gedirsiniz, gedin”, - deyə qapı göstərmişdi.
AzNews.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında sözügedən binanın sakinləri yenidən Yasamal Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna yollanıb. Bu dəfə İ. Mehdiyev Qarabağ əlili və şəhid ailələrini qəbul otağında qoyub və oranı tərk edib. Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 A ünvanının sakinləri faktı təsdiq edib: "Bu gün icra başçısının qəbul günü idi. Biz 18 nəfər yenidən İ. Mehdiyevin qəbuluna getdik. O, bizi qəbul etmirdi. Güclə qəbul otağına girdik, başladıq problemlərimizi deməyə. İbrahim müəllim bizi təhqir etdi, dedi ki, siz kimsiniz? "Buranı tövləyə döndərmisiniz. Mən burada problem həll edənəm? Gedin özünüz həll edin. Dövlət sizə pensiya verir””.
Sakinlər qeyd edib ki, icra başçısı onarın ünvanına ağır ifadələr işlədib və otaqdan çıxıb: "Bundan sonra isə polslər gəlib bizi binadan çıxardı”.
Qeyd edək ki, Qarabağ əlilləri və şəhid ailələri yaşadıqları binada saysız-hesabsız problemlərin olduğunu, liftin işləmədiyini, içərisinin təmirinin sökülüb-dağıldığını, üzlüyünün yararsız vəziyyətdə olduğundan şikayətçidir
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər