Antalyada Lənkəranskinin ölümüylə bağlı "sxodka" - QİSAS ANDI İÇİLDİ
31-08-2016, 19:13
Oxunub: 3 674
Antalyada Rövşən Lənkəranskinin qətliylə bağlı "sxodka" keçirilib
Bbolgexeber.com-un Lent.az-a istinadən məlumatına görə, "sxodka”da Lənkəranskiyə yaxınlığı ilə tanınan “oğru”lar iştirak edib.
Məlumata görə, görüş üçün Antalyanın seçilməsi də təsadüfi olmayıb. Çünki Lənkəranskinin ən yaxın dostu Merab Canqveladze (Merab Suxumski) İtaliyada həbsdən çıxandan sonra bu şəhərdə məskunlaşıb. “Sxodka”da ondan başqa Merab Baxiya (Baxa-Baxa), Roin Uqlava (Mateviç), İrakli Kaliçava (Xutu), Koba Axvlediani (Koba Suxumski) və Zurab Dqebuadze (Zura Zuqdidski) də iştirak edib.
“Sxodka” o qədər də uzun çəkməyib. Türkiyə polisinin hadisə yerinə gələcəyindən ehtiyat edən “oğrular” təcili qərar verərək and içib: Lənkəranskinin qisası alınmalıdır.
Hökmün kimə ünvanlandığı barədə məlumat verilmir. Bəlli olan budur ki, Antalyada məskunlaşan Merabdan başqa, adıçəkilən oğrular Türkiyəni tərk edərək Moskvaya qayıdıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər