BolgeXeber.Com » Xəbərlər » Vaqif Abdullayevə qarşı kütləvi aksiylar başladı - Beyləqanda şok

Vaqif Abdullayevə qarşı kütləvi aksiylar başladı - Beyləqanda şok

11-09-2016, 13:47
Oxunub: 2 419 Vaqif Abdullayevə qarşı kütləvi aksiylar başladı - Beyləqanda şokBeyləqan Rayon İcra Hakimiyyəti Başçısı Vaqif Abdullayev vəzifə səlahiyyətləri aşaraq referendumun keçirilməsi ərəfəsində rayon sakinlərini dövlətdən narazı salmasına cəhd göstərir

O həmddə icra başçısı təyin olunan gündən bu vaxta qədər ölkə başçısını aldadır. Belə bir idda ilə saytın elektron ünvanına Beyləqan rayon, M.Ə.Rəsulzadə küçəsi, 5-ci məhəlləsində yaşayan Ağayeva Səbahə Tahirxan qızı müraciət ünvanlayıb. Şikayətçi xanım Vaqif Abdullayevin dövlətə qarşı yönəlmiş dolayı yolla qanuna zidd hərəkətlərinə etiraz əlaməti olaraq, bundan sonrada kütləvi dinc aksiya keçirəcəllərini öz müraciətində bildirib.
Azerinews.tv həmin müraciəti olduğu kimi oxuculara təqdim edir:
"Uzun illər Beyləqan şəhərində məskunlaşmış Füzuli rayonundan məcburi köçkün ailəsi olan Ağayeva Səbahə Tahirxan qızı bildirdiyinə görə vətəndaşları dövlətindən narazı salmağa cəhd edən və vəzifə səlahiyyətlərini aşmaqla Prezidentini aldadan Beyləqan Rayon İcra Hakimiyyəti Başçısı Vaqif Abdullayev regionda vətəndaşlara və dövlətinə xidmət etmək əvəzinə qanunları ən əsasıda dövlətimizin Konstitusiyasının tələblərini açıq-aşkar pozmaqla vətəndaşlar arasında ayrıseçkilik qoyur və beləliklə rayon sakinlərini xüsusəndə 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendum ərəfəsində dövlətindən narazı salmağa çalışır. Vəziyyət o yerə çatıb ki, onun özbaşınalığı və tutduğu vəzifəyə arxalanaraq olkədə İnsan Hüquqları üzrə (OMBUDSMAN) müvəkkilini aldatmışdır. Bu faktı təsdiq edən faktlar mövcuddur.
Göründüyü kimi Vaqif Abdullayev bununla hesabatda ölkə Başçısı cənab İlham Əliyevi aldatması üzə çıxmışdır. Belə ki, regionda sabitliyin qorunması və vətəndaşlara qayğı göstərməsi, eləcə də dövlətimizin ali qanunlarına uyğun vəzifəsini icra etməsi barədə Prezidentə məruzə zamanı (hesabatda)yalan məlumat verir. Vaqif Abdullayevin vəzifəsinin icrasına səhlənkar və laqeyd yanaşması, vətəndaşlara qarşı sürünsürməçiliyi nəticəsindəbir neçə gün əvvəl yani təxminən 25 avqust 2016-cı il tarixdə səhər saatlarında bir qrup narazı və problemlər içində batan Beyləqan Rayon “Xaçın” sakinləri etiraz aksiyasına artıq başlamışlar. Buda ki, artıq gələcəkdə olkədə daxilində ictimai-siyasi sabitliyin pozulmasına xidmət edən daha da böyük təxribat xarakterli halların bu regionda baş verilməsinin istisna etməsinə işarədir.
Bundan başqa Füzuli rayonundan məcburi köçkün ailəsi olan Ağayeva Səbahə Tahirxan qızı bildirdiyinə görə məhz Vaqif Abdullayevin ona qarşı yol verdiyi amansız süründürməçiliyi nəticəsində hələ də bir sıra problemləri həll olunmamış qalmaqdadır. Şəxsi maraqlar naminə bir neçə nəfərə havadarlıq edən Vaqif Abdullayev regionda vətəndaşlara təzyiq göstərir, lazım olanda təqib edir. Məhz buna görədə Beyləqan Mərkəzi Rayon Xəstəxanasında 2001-ci ildən psixi xəstə kimi qeydiyyatda olan şəxsə, Beyləqan şəhər sakini 1979-cu il tarixli Zeynalov Anar Ədalət oğluna dolaysı ilə havadarlıq etməyindən çəkinmir. Məhz bu şəxsin vasitəsi ilə vətəndaşlara barələrində əsassız kütləvi şikayətlər etdirməklə təzyiq göstərir. Məcburi köçkünün dediyinə görə məhz həmin psixi şəxsin həbsə alınmaq qorxusu olmadığından, Vaqif Abdullayevə güvənərək aldatma yolu ilə dövlət büdcəsinə külli miqdarda maddi ziyan vurmuşdur.
Hazırda bu barədə Beyləqan Rayon Məhkəməsində dövlətə dəymiş maddi ziyanın müəyyən edilməsi ilə icraatda iş vardır. Həmin psixi şəxsin rayon ictimaiyyətə yaydığı məlumata əsas olaraq, məhz rayonun icra hakimiyyəti başçısı Vaqif Abdullayevə güvənərək dövlət əmlakını mənimsəmişdir, onun yaydığı digər məlumata əsas olaraq məhz Vaqif Abdullayevin sifarişi əsasında onun barəsində dövlətini aldatmaqla dövlət əmlakını mənimsədiyinə görə cinayət təqibi başlanılmayacaqdır. Vaqif Abdullayevin həmin psixi şəxsə havadarlıq etməsini təsdiq edən faktlardan biri də odur ki, vəzifə səlahiyyətlərini aşmaqla həmin psixi şəxsə 2013-cü ilin may ayında 86 saylı qanuna zidd yolun mühafizə zolağında özbaşına qanunsuz tikinyi aparılmasına Sərəncam vermişdir. Həmin qanuna zidd Sərəncamda həm torpağın ayrılmasına ,həm də həmin torpaqda qeyri yaşayış binanın (komersiya obyektin) tikintisinə icazə verilmişdir.
Rayon sakinlərin şikayətlərini örtbastır edərək bağlamaq məqsədi ilə, həqiqətə uyğun olmayan məlumatlaı özündə əks etdirən məlumatlar yazımışdır. Göründüyü kimi icra başçısı Vaqif Abdullayev regionda daxili ictimai-siyasi sabitliyin pozulmasına xidmət edən hərəkətlərə, yani vətəndaşların hüquqlarını pozmaqla, olnları dövlətindən narazı salmağa çalışır. Yol verdiyi hərəkətləri də Prezidentin tapşırığına əsasən hərəkət etdiyi ilə izah edir. Vaqif Abdullayevin dediyindən belə çıxır ki, bu regionda vətəndaşları sıxmaq və müxtəlif cür vasitələrlə təzyiq göstərməklə vətəndaşların hüquqlarını pozmağa güya Prezident buna göstəriş verib.
Biz vətəndaşlar buna inanmırıq və qətiyyətlə bunu pisləyirik, artıq Vaqif Abdullayevin dövlətə qarşı yönəlmiş dolayı yolla qanuna zidd hərəkətlərinə etiraz əlaməti olaraq, kütləvi dinc aksiya keçirməyə planlaşdırırıq.
İnanırıq ki, dövlətimiz , başda Prezidentimiz cənab İlham Əliyev olmaqla bu yolda bizə tezliklə dəsdət olacaqdır. Bu müraciətimə görə mənə və ailəmə hər hansı bir formada təzyiq göstərildiyi bir halda ,KİV-lə Sizə əlavə məlumat veriləcəkdir..."
Vaqif Abdullayevə qarşı kütləvi aksiylar başladı - Beyləqanda şok
Vaqif Abdullayevə qarşı kütləvi aksiylar başladı - Beyləqanda şok
Vaqif Abdullayevə qarşı kütləvi aksiylar başladı - Beyləqanda şok
Vaqif Abdullayevə qarşı kütləvi aksiylar başladı - Beyləqanda şok