Mətanət İsgəndərli Akif Çovdarovun məhkəməsində: Müğənninin başı ağrıya bilər
13-09-2016, 15:22
Oxunub: 2 543
Müğənni Mətanət İsgəndərlinin MTN generalı Akif Çovdarovun məhkəməsində iştirak edəcəyi gözlənilir
Buna səbəb ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahirlə Mətanətin münasibətlərinə görə Çovdarovun pul tələb etməsidir.
Eyni zamanda, Mahirin oğurlanmasının təşkilində Mətanətin rolunun olduğu iddia edilir. Bu ittihamları Mahirin qardaşı açıqlamalarında səsləndirib. Mahir Abdullayevlə Akif Çovdarov arasında 2003-cü ilin əvvəllərində Rusiyanın Sverdlovsk Vilayətinin Verxuturye şəhərində generala məxsus taxta-şalban zavodunun alınması ilə bağlı sövdələşmə olub. Çovdarov Abdullayevə 300 min dollar borclu qalıb.
E.Abdullayevin açıqlamasına görə, Çovdarovun Mahirdən Hacı Məmmədova məxsus “Qarabulaq” restoranında müğənni Mətanət İsgəndərli ilə “sərgüzəştləri” ilə bağlı 2 milyon dollar tələb etdiyi iddia edilir. E.Abdullayev yuxarıda sadalanların müqabilində qardaşını bir neçə dəfə oğurlamaq cəhdinin baş tutmadığını və nəhayətdə, “Akif Çovdarov qardaşımı müğənni Mətanət İsgəndərlinin əli ilə aldadaraq 13 oktyabr 2003 ildə Bakı şəhərində şəxsən paqonlu bandasının əli ilə oğurladıb”.
E.Abdullayev qardaşının oğurlanmasında iştirak edən milli təhlükəsizlik nazirinin birinci müavini Hilal Əsədovun qohumu Sənan İbrahimovun, Akif Çovdarovun biznes və cinayət ortağı Qulu Cəfərov, Rövşanə və digərlərinin adını da çəkib. Sabiq rektorun ifadələri məhkəmə üçün əsas ola bilər. Çovdarovun məhkəməsində tanınmış müğənninin iştirak edəcəyi istisna edilmir.(politika.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər