Cütlüyün saunada polisə yaxalanması xəbəri yalan çıxdı - RƏSMİ
15-09-2016, 15:51
Oxunub: 3 218
DİN rəsmisi jurnalistləri diqqətli olmağa çağırdı...
Dünən bəzi saytlarda həyat yoldaşı ilə saunaya gedən bir şəxsin polisin əməliyyat keçirməsi nəticəsində üzləşdiyi sərgüzəştlə bağlı material getmişdi.
Bildirilirdi ki, həmin şəxs nə qədər and-aman etsə də polis əməkdaşları onun doğrudan da xanımı ilə saunada "istirahət" etməsinə inanamyıblar, yalnız bölməyə aparıldıqdan və nikah haqqında şəhadətnamə gətirildikdən sonra istirahətləri burunlarından gələn cütlük sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə Moderator.az-la əlaqə saxlayaraq yayılan bu xəbərlərin həqiqəti əks etdirmədiyini, əksinə, təxribat xarakterli, şər-böhtana xidmət etməklə polisin işgüzar nüfuzuna xələl gətirməyə xidmət etdiyini bildirib. Şöbə rəisi xüsusi olaraq vurğulayıb ki, bu cür xəbərləri yayanlar qanun qarşısında məsuliyyətlərini dərk etməlidirlər və bir daha belə xəbərləri ictimai rəyə sırıyaraq həm milli-mənəvi dəyərlərimizi, həm də polis orqanlarının işgüzar nüfuzunu ləkələmək cəhdində olanlar qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyacaqlar. O. Mansurzadə jurnalistləri diqqətli olmağa və bu cür xəbərlərin yayılmasına imkan verməməyə çağırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər