Lənkəranskinin anası Zaurun verilişlərinə başqa adla pul göndərirmiş
16-09-2016, 12:36
Oxunub: 2 451
Bir müddət əvvəl məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Canıyevin) anası Məsməxanım Hacıyevanın insult keçirməsi haqda məlumat verilmişdi
Verilən məlumatda M.Hacıyevanın xeyriyyəçi qadın olduğu da bildirilirdi.
Dia.az bildirir ki, bu gün Bizimyol.info saytına Lənkəranskinin ailəsinə yaxın mənbənin bildirdiyinə görə, onun anası Məsməxanım televiziyada yayımlanan bir çox sosial proqramlarda onlarla ehtiyacı olan şəxslərə başqa adla köməkliklər edib.
Hətta ATV kanalında yayımlanan Zaur Baxşəliyevin aparıcısı olduğu “Ümid var” və “Bizimləsən” verlişlərində bir çox ehtiyacı olan adamlara pul və qiymətli əşyalar göndərdiyi bildirilir. Teleaparıcının verilişində zaman-zaman ən müxtəlif ehtiyacı olan şəxslərə göndərdiyi külli miqdarda pullara və qiymətli əşyalara görə təşəkkür etdiyi Hacıxanım R.Lənkəranskinin anası imiş. O, əsl adının çəkilməsini istəməsə də, teleaparıcı onu "Hacıxanım" deyə bildirirmiş.
Məsələ ilə bağlı açıqlama verən məşhur teleaparıcı Zaur Baxşəliyev fikirlərini belə ifadə edib.
“Bəli, mənim verilişimə "həcixanım"lar ehtiyacı olanlara pullar, qiymətli əşyalar göndərib. Amma bunun hansının Lənkəranskinin anası olduğunu bilmirəm. Lənkərandan Həcixanım verilişimizə yardımlar edib. Amma onun Lənkəranskinin anası olduğunu bilmirəm. Çünki bizə təqdim edilən zərflərdə xeyriyyəçilər öz adlarını qeyd etmirlər. Mən Lənkıranskinin anasından telefon zəngi almamışam, o, "bu pulu mən göndərmişəm" deməyib. Belə hal olmayıb. Ola bilər göndərib, amma başqa adla, çünki göndərilən konvertin üstündə nə yazılırdısa, mən də elə təqdim edirdim. Onların həyatında hazırda həssas məqamdı, ona görə istəmirəm hansısa açıqlama verib, təşvişə səbəb olam".
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər