BolgeXeber.Com » Xəbərlər » Dörd gün əvvəl Kürdə batan 20 yaşlı qızın meyiti tapılıb

Dörd gün əvvəl Kürdə batan 20 yaşlı qızın meyiti tapılıb

17-09-2016, 09:57
Oxunub: 3 409 Dörd gün əvvəl Kürdə batan 20 yaşlı qızın meyiti tapılıbSabirabadda Kür çayında batan 20 yaşlı qızın meyiti tapılıb

APA-nın xəbərinə görə, sentyabrın 13-də Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində batan, rayonun Narlıq kənd sakini, 1996-cı il təvəllüdlü Qəhrəmanova Sevanə Polad qızının meyiti bu gün saat 9.00 radələrində batdığı yerdən 10 kilometr aralıda Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək çıxarılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.