BolgeXeber.Com » Xəbərlər » Dağıstandakı seçkidə kütləvi dava – Video

Dağıstandakı seçkidə kütləvi dava – Video

19-09-2016, 11:39
Oxunub: 2 219 Dağıstandakı seçkidə kütləvi dava – VideoDağıstanın Xunzax rayonunun Qoçatl kəndindəki seçki məntəqəsində kütləvi dava düşüb

Axar.az xəbər verir ki, seçkidə saxtakarlıq edildiyini iddia edən 30 nəfər məntəqəyə gələrək çəkiliş aparmaq istəyib. Nəticədə dava düşüb.

Dava zamanı bülletenlərin əksəriyyəti oğurlanıb, seçki qutuları sındırılıb.

Şahidlərin sözlərinə görə, təxribatı Xunzax rayonunun başçısı Səid Yusupov deputatlığa namizəd Əbdülməcid Maqramovun Əbusüfyan Xarxarova uduzması üçün təşkil edib.

Hüquq-mühafizə orqanları baş vermiş hadisə ilə bağlı araşdırmalara başlayıb.