Cəlilabadda Milli Musiqi Günü təntənə ilə qeyd edilmişdir-FOTO
19-09-2016, 20:24
Oxunub: 4 179
19 sentyabr 2016-cı il tarixdə Milli Musiqi Günü Cəlilabad rayonunda təntənə ilə qeyd edilmişdir
Bu münasibətlə Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri,mədəniyyət və turizm şöbəsinin əməkdaşları,rayon ictimaiyyətinin nümayəndələri və başqaları iştirak etmişlər.Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda yerləşən abidəsinin önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad etmiş, sonra Ümummilli Liderin adını daşıyan mərkəzdə olmuş,Ulu Öndərin həyat və fəaliyyəti əks etdirən eksponatlara baxılmış, biri birindən maraqlı əl işlərindən hazırlanmış sərgi ilə tanış olmuşlar.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri açaraq, Ümummilli Liderimiz Heydər Əliyevin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il ölkəmizdə ənənəvi Milli Musiqi Gününün keçirildiyini diqqətə çatdırıb və hər zaman mədəniyyət sahəsinə göstərdikləri diqqətə görə Cənab Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür etmişdir.RİH başçısı dahi bəstəkar Üzeyir Hacıbəylinin milli musiqimizin inkişafı sahəsindəki əvəzsiz xidmətləri, Azərbaycan musiqisinin beynəlxalq aləmdə təbliği sahəsində yorulmaz fəaliyyəti barədə söhbət açmışdır.
Mərasimdə incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı nümayiş etdirilmişdir. Konsert proqramında dahi bəstəkarın əsərlərindən parçalar, xalq mahnıları, muğam və təsniflər səslənmişdir.
Konsertə toplanmış minlərlə tamaşaçı musiqi proqramını maraqla izləmişlər.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər