BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda korrupsiyaya qarşı mübarizə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib
Azərbaycanda korrupsiyaya qarşı mübarizə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib
19-09-2016, 21:19
Oxunub: 2 799
Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı üzrə 17-ci monitorinq görüşü, eləcə də Şəbəkənin Rəhbər Qrupunun 21-ci görüşü keçirilib
Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı üzrə 17-ci monitorinq görüşü, eləcə də Şəbəkənin Rəhbər Qrupunun 21-ci görüşü keçirilib
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyadan Bolgexeber.com-a verilən məlumata görə, görüşlərdə OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin Azərbaycan üzrə milli koordinatoru - Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Təhsil Nazirliyinin və Baş İdarənin məsul əməkdaşları, həmçinin qeyri-hökumət təşkilatının nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı OECD-nin Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının III Monitorinq Raundu çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlər və əldə edilmiş nəticələr müzakirə edilib, bu mərhələdə Azərbaycanın ölkə prezidentinin siyasi iradəsinə uyğun olaraq mühüm addımlar ataraq uğurlar əldə etməsi, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstanbul Fəaliyyət Planının icrası istiqamətində görülmüş tədbirlərdə aktiv iştirakı, həmçinin korrupsiyaya qarşı mübarizədə “ASAN” xidmət mərkəzlərinin mühüm rol oynaması xüsusi vurğulanıb, ölkəmizin əldə etdiyi müsbət təcrübə önə çəkilib, nəticədə Azərbaycan Gürcüstanla yanaşı ilk olaraq III Monitorinq Raundunu uğurla tamamlayaraq IV qiymətləndirmə mərhələsinə keçən ölkə olub. İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycana verilmiş tövsiyələrin böyük əksəriyyətinin uğurla icra edilməsi ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin növbəti bariz nümunəsidir.
Tədbir çərçivəsində Azərbaycan və Gürcüstanın öncəki mərhələni uğurla tamamlayaraq IV Monitorinq Raunduna daxil olmasının qəbul edilməsi ilə yanaşı, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Şəbəkəyə daxil olan digər ölkələrin III Monitorinq Raundu üzrə verilmiş tövsiyələrin icra vəziyyəti ilə bağlı aralıq hesabatları da müzakirə edilərək qəbul edilib.
16 sentyabr tarixdə keçirilmiş Anti-Korrupsiya Şəbəkəsinin Rəhbər Qrupunun 21-ci görüşü zamanı isə Şəbəkənin müvafiq dövrü əhatə edən “2013-2015-ci illərdə Şərqi Avropa və Mərkəzi Asiyada Anti-Korrupsiya İslahatları, Nailiyyətlər və Çətinliklər” adlanan yekun hesabatı təqdim edilib, Şəbəkənin 2016-2019-cu illər üzrə İşçi Proqramının icrası istiqamətində ortaya çıxan məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb, Şəbəkəyə daxil olan ölkələrdə həyata keçirilən sahəvi anti-korrupsiya islahatları ilə bağlı dəyirmi masa keçirilib, həmçinin IV Monitorinq Raundunun, həmçinin Şəbəkənin fəaliyyətinin təşkili ilə əlaqədar bir sıra digər məsələlər işçi qaydada müzakirə edilib.
Bundan yanaşı, görüşlər çərçivəsində tədbirdə təmsil olunan ölkələrin hüquq mühafizə orqanlarının və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirilərək səmərəli fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarına Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən materiallar paylanıb.
Əlavə olaraq qeyd edilməlidir ki, IV Monitorinq Raundu çərçivəsində Azərbaycan üzrə qəbul edilmiş və özündə yeni tövsiyələr nəzərdə tutan müvafiq hesabatın prosedur qaydalarına uyğun olaraq yaxın zamanda təşkilatın rəsmilərinin Bakı şəhərinə səfəri zamanı aidiyyatı dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ictimaiyyətə açıqlanması nəzərdə tutulub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər