BolgeXeber.Com » Xəbərlər » “Kontakt Home” yenə fırıldaq işlədib - ŞİKAYƏT

“Kontakt Home” yenə fırıldaq işlədib - ŞİKAYƏT

20-09-2016, 12:54
Oxunub: 2 720 “Kontakt Home” yenə fırıldaq işlədib - ŞİKAYƏTSon bir neçə ayda şirkətdən kreditlə məhsul alan vətəndaşlar fırıldaqçılıqla üzləşir

Gundelik-baku.com-un məlumatına görə, Vüqar Qəhrəmanov adlı müştəri şirkət tərəfindən aldadılıb. Onun sözlərinə görə, şəbəkədən mobil telefonuna mesaj gəlib: “Mesajda yazılıb ki, mobil cihazınıza məhdudiyyət qoyulacaq. 2014-cü ildə “28 May”da yerləşən dükanların birindən “İphone 5s” 650 manata nağd aldım. 2 il keçib və bu gün belə bir sms gəlir. Zəng elədim “Kontakt home” şəbəkəsinin hüquq şöbəsinə və məlum oldu ki, bu telefon başqa adamın adına kreditə alınıb. Hazırda da həmin şəxsin “Kontakt Home” mağazasına 109 manat borcu qalıb. Ona görə istifadəsinə məhdudiyyət qoyulacaq”. Qeyd edək ki, buna qədər də şirkətdən xeyli sayda şikayətlər olub. Vətəndaşlar mağazalar şəbəkəsini fırıldaqda ittiham edib.