BolgeXeber.Com » Xəbərlər » Səlim Müslümovun diqqətinə: Beyləqanda sosial yardımların verilməsində rüşvət tələb olunur
Səlim Müslümovun diqqətinə: Beyləqanda sosial yardımların verilməsində rüşvət tələb olunur
20-09-2016, 14:52
Oxunub: 3 189
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı narazılıqlar başqa dövlət qurumları ilə müqayisədə hər zaman çox olub
Xüsusilə ünvanlı sosial yardımların verilməsində neqativ halların çoxluğu, yardımların konkret olaraq rüşvət qarşılığında təyin olunması haqda minlərlə şikayət var. İnsaf naminə qeyd etməliyik ki, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmasından sonra bu sahədə xeyli irəliləyişlər oldu.Amma buna baxmayaraq, Səlim Müslümovun yerlərdəki məmurları əhalinin aztəminatlı təbəqəsinə verilən yardımlarda belə merkantil maraqlardan çıxış edirlər.
Bu günlərdə AzToday.az-ın elektron poçtuna daxil olan şikayət və məlumatlarda bildirilir ki, Beyləqanda ünvanlı sosial yardımların verilməsi prosesi əvvəlki qaydada, yəni “3 aylıq” prinsipi ilə həyata keçirilir.
Məlumatlarda iddia edilir ki, Anar Vəliyevin rəhbərlik etdiyi Beyləqan rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin fəaliyyətində ciddi nöqsanlar var. Belə ki, adıçəkilən qurumun vasitəsilə ünvanlı sosial yardım almaq istəyən rayon sakinlərindən bunun qarşılığında bir sıra “şərt”lərə əməl etmək tələb olunur. Qeyd edək ki, sözügedən mövzu ilə bağlı redaksiyamızı məlumatlandıran rayon sakinləri bildirir ki, hazırda dövlət tərəfindən ayrılmış ünvanlı sosial yardım ehtiyacı olan Beyləqan sakinləri Anar Vəliyevin əməllərinin qurbanına çevriliblər: Belə ki, Beyləqan rayon Əhalinin Sosial Müdafiə Mərkəzi vətəndaşlardan alacağı sosial yardımın 3 aylığını əvvəlcədən istəyir. Elə bu səbəbdən də Beyləqanda imkansız ailələrin sosial yardım alması müşkülə çevrilib.
Məlumatlarda iddia olunur ki, Anar Vəliyev narazı vətəndaşların şikayətlərinə məhəl qoymur və onları eşitmək belə istəmir. Vətəndaşlara hara istəyirlər ora müraciət etməkdən belə çəkinmədikləri deyilir.
Anar Vəliyevin Dövlət Sosial Müdafiə Fondunun aparat rəhbəri Şahin Quliyevə arxalandığı da yayılan məlumatlar sırasındadır. Görünür, Səlim Müslümov Anar Vəliyevin Beyləqanda necə fəaliyyət göstərməsindən xəbərsizdir. Əks halda onun əməlləri ilə bağlı müvafiq ölçü götürəcəkdi…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər