BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda pambıqçılığın inkişafına dair müşavirə keçirildi-FOTO

Cəlilabadda pambıqçılığın inkişafına dair müşavirə keçirildi-FOTO

21-09-2016, 09:43
Oxunub: 2 350 Cəlilabadda pambıqçılığın inkişafına dair müşavirə keçirildi-FOTOSabirabad rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsində Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin Cəlilabad rayonunda icrasına dair müşavirə keçirildi

20 sentyabr 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 17 sentyabr 2016-cil il tarixdə Sabirabad rayonunda keçirilən “Respublikada Pambıqçılığın inkişafına dair” müşavirədə verilən tapşırıqların icras ilə əlaqədar Cəlilabad rayonunda pambıqçılığın inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsi keçirildi.
Müşavirədə Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar və mülkiyyətçilər olmaqla 750 nəfər iştirak etdi.Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən tədbirlər bütövlükdə respublikamızın, eləcədə hər bir regionun inkişaf istiqamətlərini, imkanlarını və perspektivlərini müəyyən edir.Hazırda regionlarda qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər Cəlilabad rayonunda da öz bəhrəsini verməkdədir.

Ə.Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi 17 sentyabr 2016-cil il tarixdə Sabirabad rayonunda keçirilən Pambıqçılığın inkişafına dair müşavirədə cənab Prezidentin bu sahəyə göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etdi ki, ölkə rəhbəri çıxışında bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkildiyini bildirdi və bu keçən illə müqayisədə təxminən üç dəfə çoxdur.Cənab Prezident müşavirədə qeyd etdi ki,: “Əgər keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən azı 100 min ton pambıq yığılmalıdır. Gələn il üçün bizim daha da böyük planlarımız var. Gələn ilə hazırlıq işləri artıq başlayıb. Bu il buna böyük vəsait sərf olunub, operativ olaraq bütün lazımi tədbirlər görülübdür.Pambıq əkininə əlavə subsidiyanın verilməsi, pambığın qiymətinin artırılması, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi rayonumuzda pambıqçılığa marağı daha da artırmışdır.RİH başçısı bildirmişdir ki bu rayonda 426 hektar pambıq əkilmişdir. Pambıqçılığın inkişafı rayonumuzun əhalisi üçün yeni iş yerləri deməkdir, təminatlı həyat deməkdir, sabaha inam deməkdir.Bütün bunları nəzərə alaraq rayonumuzda növbəti ildə 500 hektar sahədə pambıq əkininin aparılması üçün hazırlıq işləri aparılır.Tədbirdə rayon kənd təsərrüfatı idarəsinin rəisi Rahib Kərimov və fermerlər çıxış edərək əkilmiş pambıq sahələrində görülmüş işlərdən,və aparılan yığım işləri barədə məlumat vermişlər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında bildirdi ki, bu il toplanacaq məhsulun vaxtında və itkisiz yığılması üçün pambıq qəbul məntəqələrinə və emal zavodlarına daşınması zamanı səmərəliliyin artırılması, ciddi təhlükəsizlik, xüsusən də yanğından mühafizə tədbirlərinin görülməsi, tədarük və emal dövründə emal zavodları və qəbul məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması təmin edilməli, tədarükçü şirkətlər fermerlərlə hesablaşmaları dəqiq və ləngitmədən aparmalıdırlar.

Əziz Əzizov gələn il əkiləcək pambıq sahələrinin hazırlanması istiqamətində görüləcək işləri qeyd etdi, tapşırıq və göstərişlərini verdi..
Bolgexeber.com
Cəlilabadda pambıqçılığın inkişafına dair müşavirə keçirildi-FOTO
Cəlilabadda pambıqçılığın inkişafına dair müşavirə keçirildi-FOTO
Cəlilabadda pambıqçılığın inkişafına dair müşavirə keçirildi-FOTO