Dünyanın danışdığı xəyanət qalmaqalı - Təfərrüat
23-09-2016, 09:44
Oxunub: 1 890
Hollivudun məşhur cütlüyü Ancelina Coli ilə Bred Pitin boşanma qərarı hər kəsi təəccübləndirib
12 il birlikdə olan cütlüyün boşanmasına xəyanətin səbəb olduğu deyilir. Colinin Pitdən məşhur fransız aktrisası Marion Kotillarda görə ayrılması iddia edilir.
Ancelinanın Pitt və Kotillardı izləmək üçün detektiv tutduğu da iddialar arasındadır. Coli ötən gün məhkəməyə müraciət edərək, övladlarının qəyyumluğunu tələb edib. Pitt isə açıqlamasında “Çox üzgünəm. Ancaq ən önəmlisi uşaqlarımızın yaxşı olmasıdır”, - deyib.
Digər bir iddiaya görə, Coli Pitdən ailədaxili davranışlarına və spirtli içkiyə görə boşanır.
Kotillardın hamilə olması və övladının atasının kimliyinin bəlli olmamasına dair şayiələr sosial mediada ən çox danışılan mövzudur. Gəzən şayiələrə görə, cütlüyün ayrılmasına səbəb Kotillardın bətnindəki körpənin atasının Pitt olmasıdır.
Uzun müddət mövzu haqda danışmaqdan yayınan fransız aktrisası Kotillard məsələyə münasibət bildirib:
“Mən bu kimi şeyləri ciddiyə alan, onlara münasibət bildirən biri deyiləm, amma bu situasiya getdikcə məni sevən insanlara təsir edir və artıq danışmaq məcburiyyətindəyəm. Birincisi, illər əvvəl mən həyatımın kişisi, oğlumun və gözlədiyim körpəmin atası ilə tanış olmuşam. O, mənim sevgilim, ən yaxşı dostum, ehtiyacım olan tək insandır.
İkincisi, mənim pərişan olduğumu söyləyənlərə demək istəyirəm ki, çox yaxşıyam! Bütün medianın və düşmənlərin acığına tezliklə hər şeyin qaydasına düşməsini arzulayıram.
Sonda çox arzu edirəm ki, Ancelina və Bred bu fırtınalı zamanda sülh əldə etsin. Hər ikisinə dərin hörmətim var. Sevgilərlə Marion”.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitin boşanması ilə bağlı yayılan xəbərlərdən sonra cütlüyün heykəllərini də ayırıblar. Məşhur Balimum Heykəl Muzeyində olan yanaşı heykəllərin ayrılması muzeyin rəsmi Tvitter hesabında da təsdiqlənib.(Axar.az)
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər