Ata 3 yaşlı qızını hovuza atıb boğulmasını seyr etdi -Dəhşətli cinayət (VİDEO)
23-09-2016, 12:17
Oxunub: 3 247
Bu dəhşətli olay ötən ilin avqustunda, Meksikanın Moreliya kurortundakı otellərdən birində yaşanmışdı
Ögey ata qızı ilə hovuzda çimir. Uşaq üzə bilmir, amma buna rəğmən atalığı onu bir neçə dəfə hovuza atır. Qız qışqırır, ağlayır, amma atalığı ona rəhm etmir. Bu azmış kimi o, qızın başından basıb suda boğur.
Bu dəhşətli olay ötən ilin avqustunda, Meksikanın Moreliya kurortundakı otellərdən birində yaşanmışdı.
Otelin videomüşahidə kamerasının çəkdiyi kadrlar mediada yayımlanandan sonra bütün Latın Amerikasının sosial şəbəkələrində şok effekti yaratmışdı.
3 yaşlı Mariya adlı ögey qızını hovuzda boğan şəxsin, Xose David Nimeyronun məhkəmə prosesi başa çatıb.
Məhkəmənin qərarı ilə o, 100 il müddətinə azadlıqdan məhrum olunub. Qərarda o da bildirilir ki, Nimeyro heç bir şərtlə və ya halda həbsxanadan şərti azad oluna bilməz. Üstəlik, onun hökmdən kassasiya şikayəti vermək hüququ da yoxdur.
Prosesdə prokurorlar Nimeyro üçün 40 il həbs cəzası istəmişdilər. Lakin hakim videokadrlara baxandan sonra: "Bu məxluq həbsxanada qalmalıdır", - deyib. (milli.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər