BolgeXeber.Com » Xəbərlər » Cəlilabadın Maşlıq kəndinə mavi yanacaq verildi-FOTO

Cəlilabadın Maşlıq kəndinə mavi yanacaq verildi-FOTO

23-09-2016, 18:30
Oxunub: 5 279 Cəlilabadın Maşlıq kəndinə  mavi yanacaq verildi-FOTOTədbirdə çıxış edən kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər..Sonda RİH başçısı Əziz Əzizov rəmzi məşəli alovlandırdı

Dövlət başçısının tapşırığına əsasən Cəlilabad rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam edir.23 sentyabr 2016-cı il tarixdə rayonun 3500-dən çox əhalisi olan Maşlıq kəndinə də mavi yanacaq verilib.868 abonenti olan kənddə 8402 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib.868 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Açılış mərasimində dövlətin regionlara qayğısı və bu istiqamətdə görülən işləri diqqətə çatdıran rayon icra hakimiyyəti başçısı Əziz Əzizov qeyd edib ki,son bir ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 46 yaşayış məntəqəsi təbii qazla təmin olunub.Əziz Əzizov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açdı,Cəlilabadda yaşayış məntəqələrinin sürətlə qazlaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı,kənd sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.Tədbirdə çıxış edən kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər..Sonda RİH başçısı Əziz Əzizov rəmzi məşəli alovlandırdı.
Bolgexeber.com
Cəlilabadın Maşlıq kəndinə  mavi yanacaq verildi-FOTO
Cəlilabadın Maşlıq kəndinə  mavi yanacaq verildi-FOTO