BolgeXeber.Com » Xəbərlər » Sakinlər Azad Rəhimovun yolkəsənliyindən narazılıq edir - FOTO

Sakinlər Azad Rəhimovun yolkəsənliyindən narazılıq edir - FOTO

14-10-2016, 10:54
Oxunub: 2 233 Sakinlər Azad Rəhimovun yolkəsənliyindən narazılıq edir - FOTOGənclər və İdman naziri Azad Rəhimov yolkəsənlik edir

O, İdman Akademiyasının arxasından nazirliyə keçən yolu öz şəxsi istifadəsi üçün bağlatdırıb.

Bu barədə PİA.AZ-a şikayət məktubu ünvanlayan ərazi sakinləri bildirirlərki, nazir bu yoldan yalnız öz maşının keçməsi üçün istifafdə olunacağını bildirib. Yola şlaqbaum qoyularaq keçid məhdudlaşdırılıb.

Məlumata görə nazir mühafizəçilərə tapşırıq verib ki, həmin yoldan istifadə etməyə heç kimə izn verməsinlər. Bir neçə mühafizəçi isə başqa adamları n keçməsinə icazə verdikləri üçün işdən çıxarılıb..

Qeyd edək ki, nazir Azad Rəhimovun ancaq öz şəxsi istifadəsi üçün ayırdığı həmin yoldan Fətəli Xan Xoyski 98 A binasında yaşayan (Sovetski sakinlərinin köçdüyü) sakinlər də istiffadə edir. Bundan başqa həmin yoldan taksi sürücüləri və digər vətəndaşlar da yararlanır. Nazir yolu bağlatdırdığı üçün artıq bir həftədən çoxdur ki, həmin ərazidə tıxac yaranır. Sakinlər bildirir ki, işə gedirkən, uşaqlarını məktəbə aparırkən nazirin yolu bağlaması səbənindən gecikirlər.

Maraqlıdır ki, Gənclər və İdman naziri Azad Rəhimov bu neçə ildə həmin yoldan istifadə etməyib. İndi isə birdən birə ictimai you “özünüküləşdirib”.

Gənclər və İdman Naziriliyinin mövqeyini dərc etməyə hazırıq.
Sakinlər Azad Rəhimovun yolkəsənliyindən narazılıq edir - FOTO
Sakinlər Azad Rəhimovun yolkəsənliyindən narazılıq edir - FOTO