BolgeXeber.Com » Xəbərlər » Cəlilabad rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur-FOTO

Cəlilabad rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur-FOTO

18-10-2016, 15:42
Oxunub: 2 683 Cəlilabad rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur-FOTO18 oktyabr 2016-cı il tarixdə Cəlilabad rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü ilə əlaqədar toplantı keçirilmişdir

Toplantıda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçsı Əziz Əzizov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər. Toplantı iştirakçıları ilk öncə Cəlilabad rayon Heydər Əliyev parkında uçaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,önünə tər gül- çiçək dəstələri qoymuşlar.Sonra iştirakçılar möhtəşəmliyi ilə gözoxşayan Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini,həmçinin Cəlilabad rayonuna etdiyi səfərləri əks etdirən fotolarla tanış oldular.Toplantı Heydər Əliyev Mərkəzində davam etdi.Tədbirdə Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov ilk öncə Azərbaycanın müstəqillik qazanmasının 25-ci ildönümü münasibəti ilə toplantı iştirakçılarını ürəkdən təbrik etmiş, 18 oktyabr 1991-ci ilin Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olduğunu, bu müstəqillik aktı qəbul olunduqdan sonra ölkədə siyasi vəziyyətin normallaşdığını və Azərbaycanın müstəqil bir dövlət kimi formalaşmasına böyük təkan verdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Natiq öz çıxışında bu müstəqilliyin qorunub saxlanılmasında əvəzsiz rolu olan, Azərbaycanın gündən-günə güclənən siyasi və iqtisadi potensialının formalaşmasının əsasını qoyan Ulu Öndərimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Azərbaycan dövlətinin qurucusu və memarı olan Ulu Öndərin siyasi kursunun bu gün də uğurla davam etdirildiyini, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına yüksək diqqət və qayğısı nəticəsində respublikanın hər bir guşəsində olduğu kimi Cəlilabadda da böyük tikinti-quruculuq işlərinin həyata keçirildiyini qeyd etmişdir. Toplantıda çıxış edənlər ötən əsrin 90-cı illərində Dövlət Müstəqilliyinin bərpa edilməsini mühüm tarixi hadisə kimi qiymətləndirmiş, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin dünyaya tanıdılmasındakı əvəzsiz xidmətlərini vurğulamış, Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Respublikamızın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildiyini diqqətə çatdırmışlar.
Bolgexeber.com
Cəlilabad rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur-FOTO
Cəlilabad rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur-FOTO
Cəlilabad rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur-FOTO
Cəlilabad rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur-FOTO