BolgeXeber.Com » Xəbərlər » "Təmiz Binəqədi"dən çirkin mənzərə — FOTOLAR

"Təmiz Binəqədi"dən çirkin mənzərə — FOTOLAR

18-10-2016, 17:23
Oxunub: 3 379 "Təmiz Binəqədi"dən çirkin mənzərə — FOTOLARBinəqədi rayonunun Binəqədi şossesi və ətraf küçələrindəki vəziyyət həddindən artıq acınacaqlıdır

Ölkə.Az-ın çəkiliş qrupu bir neçə gündür yağan leysan yağışlarından sonra gölməçəyə dönmüş paytaxt küçələrindən reportaj hazırlayıb.

Çəkiliş qrupumuz yağışdan ən çox əziyyət çəkən, infrastrukturu təbiətin şıltaqlığına tab gətirə bilməyən Binəqədi rayonundakı acınacaqlı vəziyyəti fotolarla oxucularının diqqətinə çatdıracaq.

Binəqədi rayonunun Binəqədi şossesi və ətraf küçələrindəki vəziyyət həddindən artıq acınacaqlıdır. Şosse və ətraf küçələr 1 metrə qədər qalxmış yağış suyunun altında qalıb. Ətrafdakı yaşayış evləri və iş yerlərinin zirzəmiləri tam olaraq, birinci mərtəbələri isə qismən suyun altında qalıb. Ev və iş yerlərindəki əşyalar, avadanlıq yararsız hala düşüb. İş adamlarına və vətəndaşlara ciddi ziyan dəyib.

Qeyd edək ki, bu ərazilərin artıq ikinci gündür su altında qalmasına baxmayaraq əməkdaşlarımız rayon icra hakimiyyətinin heç bir xidmət idarəsinin texnikasını, əməkdaşını ərazidə görməyiblər. Binəqədi şossesinin arxa küçələrində isə vəziyyət daha da acınacaqlıdır. Buradakı küçələr lil palçıqdan keçilməz vəziyyətdədir.

"Təmiz Binəqədi"dən hazırlanan çirkin mənzərəni özündə əks etdirən reportajını sizə təqdim edirik: